AFFA İntizam Komitəsinin iclasında protokol qaydalarını pozan klublarla bağlı qərarlar verilib.
Sportify.az həmin qərarları təqdim edir:
AFFA U-13 Liqasında keçirilməsi nəzərdə tutulan Baku Sportinq FK – Loru FK oyunu Baku Sportinq FK komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün Baku Sportinq FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin;
AFFA U-12 Liqasında keçirilməsi nəzərdə tutulan Mübariz FA – Qartal FK oyunu Qartal FK komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün Qartal FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin; AFFA U-12 Liqasında keçirilməsi nəzərdə tutulan Qarabağ B – AZART oyunu AZART komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün AZART komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin; AFFA U-12 Liqasında keçirilmiş Modern FC – Qartal FK oyunu başlayandan sonra Qartal FK komandasının heyətində adı oyun protokolunda qeyd olunmayan futbolçu aşkar edildiyi üçün Qartal FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin; AFFA U-12 Liqasında keçirilməsi nəzərdə tutulan Mübariz (Binə) – Qartal FK oyunu Qartal FK komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün Qartal FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin; AFFA U-11 Liqasında keçirilməsi nəzərdə tutulan Universal Football Academy – Fateh Futbol Məktəbi oyunu Fateh Futbol Məktəbi komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün Fateh Futbol Məktəbi komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin; AFFA U-11 Liqasında keçirilməsi nəzərdə tutulan Avey (Ağstafa) – Qazax Gənclər oyunu Qazax Gənclər komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığı üçün Qazax Gənclər komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin.