"Yuventus"un kapitanı Manuel Lokatelli ciddi diz zədəsindən sonra karyerasının ən çətin dövrlərindən birini yaşadığını bildirib.
Apasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "TuttoJuve" nəşrinə açıqlamasında uzun müddət futboldan uzaq qalmağın onun üçün çətin olduğunu deyib:
"Dizimdən zədə aldığım və uzun müddət meydanlardan kənarda qalmalı olduğum üçün bu, ən çətin anlardan biridir. Həyatım tamamilə fərqli axarda davam edir. Futbol üçün çox darıxıram, amma vəziyyəti qəbul etməyi öyrənmişəm və yaxşı formada qayıtmaq üçün əlimdən gələni edirəm".
Qeyd edək ki, Lokatelli sentyabrın 6-da "Milan"la oyunda (1:1) sağ dizindən zədələnib. Futbolçunun 2027-ci ilin martından əvvəl komandanın ümumi məşqlərinə qayıtması gözlənilmir.