Almaniyanın "Bavariya" klubu yarımmüdafiəçisi Camal Musialanın səhhəti ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.
Sportify.az xəbər verir ki, klubun rəsmi saytında yayımlanan açıqlamada bildirilib ki, "Bavariya" rəhbərliyi və futbolçunun nümayəndələri arasında konstruktiv görüş keçirilib.
Açıqlamada Musialanın sağlamlığının hər iki tərəf üçün əsas prioritet olduğu və onun bərpa prosesi boyunca tam dəstəklənəcəyi vurğulanıb.
Həmçinin qeyd olunub ki, futbolçuda nevroloji simptomlar ilk dəfə 2025-ci il aprelin 22-də müşahidə edilib. Bundan sonra "Bavariya"nın tibbi departamentinin razılığı ilə onun müayinəsinə başlanılıb.
Klub və futbolçunun maraqlarını təmsil edən “11WINS” agentliyi məsələ ilə bağlı müzakirələri qarşılıqlı anlaşma və məxfilik prinsipləri əsasında davam etdirmək barədə razılığa gəlib.