top
“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var? Sportinfo.az
Bu gün, 16:00
- ↺ +

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

29 dəfə La Liqanın, 32 dəfə İspaniya Kubokunun, 16 dəfə İspaniya Superkubokunun qalibi olan, 5 dəfə Çempionlar Liqasını, 4 dəfə UEFA Kuboklar Kubokunu, 5 dəfə UEFA Superkubokunu, 3 dəfə FIFA Klublararası Dünya Kubokunu qazanan "Barselona" Bakıdadır!

Kataloniya təmsilçisi bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində "Sabah"ın qonağı olacaq.

Bəli, indiyədək Azərbaycana səfər etmiş ən titullu və nüfuzlu klublardan birinin Bakıya gəlməsindən danışırıq. Belə bir dünya nəhənginin ölkəmizdə meydana çıxması, təbii ki, bayram ab-havasında qarşılanmaqdadır.

Bu gün azərbaycanlı futbolsevərləri maraqlandıran əsas məsələ oyunun hansı hesabla başa çatacağı deyil. Əsas məsələ "Barselona" kimi nəhəngin Bakı Olimpiya Stadionunda meydanına çıxmasıdır. Bəzi ulduz futbolçuların Bakıya gəlməməsi təəssüf doğursa da, dünyanın ən məşhur klublarından birinin futbolçularını 90 dəqiqə ərzində canlı izləmək özü böyük hadisədir.

Könül istərdi ki, hava da bu futbol bayramına uyğun olsun. Matçın yaz-yay aylarında keçirilməsi daha xoş olardı. Təəssüf ki, küləkli, soyuq, hətta yağışlı hava həm futbolçuların, həm də azarkeşlərin əhvalına müəyyən qədər təsir göstərəcək. Ancaq söhbət futbol bayramından gedirsə, əminəm ki, meydanda yaşanacaq 90 dəqiqə tribunadakı hər kəsin canını isidəcək.

Oyuna gəlincə, "Sabah"dan qələbə tələb etmək reallıqdan uzaq yanaşma olar. Cəmi 9 yaşı olan klub 126 illik zəngin tarixə malik rəqiblə qarşılaşacaq. Aradakı təcrübə və futbol ənənələri fərqi müqayisəyə gəlməyəcək dərəcədə böyükdür.

Amma futbolda möcüzələrə də yer var. Möcüzəyə inanmaq isə haqqımızdır.

Statistikaya nəzər salanda görürük ki, "Barselona"nın yalnız Avropanın aparıcı çempionatlarının təmsilçiləri ilə deyil, nisbətən aşağı reytinqli klublarla qarşılaşmalarda da xal itirdiyi, hətta məğlub olduğu hallar az deyil.

Bu baxımdan "Sabah"ın ümidlərini artıran bir neçə nümunəni xatırlatmaq yerinə düşər.

7 il əvvəl Praqa "Slaviya"sı İspaniyada "Barselona" ilə qolsuz heç-heçə etmişdi. 3 il əvvəl isə Belçika təmsilçisi "Antverpen" doğma meydanda Kataloniya nəhəngini 3:2 hesabı ilə məğlub etmiş, elə həmin il Dontesk "Şaxtyor"u nominal meydan sahibi qismində 1:0 hesablı qələbəyə sevinmişdi. Ötən mövsüm "Brügge" də Belçikada "Barselona" ilə 3:3 hesablı heç-heçəyə nail olmuşdu.

Göründüyü kimi, "Sabah"la müəyyən mənada müqayisə edə biləcəyimiz "Slaviya", "Antverpen", "Brügge" və "Şaxtyor" kimi komandalar yaxın keçmişdə "Barselona"nı büdrətməyi bacarıb.

Deməli, ümidimizi itirməyə dəyməz. Bəlkə də elə bu axşam "Sabah" futbol dünyasını təəccübləndirəcək nəticəyə imza atacaq.

Amma nəticədən asılı olmayaraq, hətta "bayquşlar" böyük hesabla məğlub olsalar belə, "Barselona"nın Azərbaycana gəlməsi özü-özlüyündə tarixi hadisədir. Bu, Azərbaycan futbolu adına əsl bayramdır.

Ən azı "Sabah" "Qarabağ"dan sonra daha bir Azərbaycan klubunun adını dünya futbol ictimaiyyətinə tanıtdırır, ölkəmizdə futbolun inkişaf etdiyini və təmsilçilərimizin Çempionlar Liqasının liqa mərhələsində mübarizə apardığını nümayiş etdirir.

Böyük futbol bayramı münasibətilə azərbaycanlı futbolsevərləri, təbrik edir, "Sabah"a uğur arzulayırıq.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

HƏBİB

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Boks
Bu gün, 15:42

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:40

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

Futbol
Bu gün, 15:30

"Qalatasaray"ın hücumçusu Dəniz Gülə Çempионlar Liqasında burnuna dəyən zədə üzündən uğurla əməliyyat edilib;

Digər
Bu gün, 15:29

Tahir Abdullayev Dohada UFC turnirində əyalatlı rəqibini məğlub etdi: Çəkidəki problem diyetoloqun səhvindən oldu;

Futbol
Bu gün, 15:25

UFC döyüşçüsü Tahir Abdullayev: Messinin böyük azarkeşiyəm, amma Azərbaycanda olsaydım "Sabah"a dəstək verərdim

Futbol
Bu gün, 15:20

Alman mütəxəssislər "Səbail"in Qubadakı stadionuna baxış keçirdi

Futbol
Bu gün, 15:20

"Bavariya" Musialanın nevroloji simptomları haqqında rəsmi açıqlama yaydı

Digər
Bu gün, 15:18

Məhəmmədəli Osmanlı: "Karyeramın ən yaxşı formasındayam, Pavel Andruşka ilə qarşılaşacağam"

Digər
Bu gün, 15:14

Məhəmmədəli Osmanlı UFC-də kəmər qazana biləcəyinə əmin: "Növbəti rəqibim ilk məğlubiyyətini məndən alacaq"

Futbol
Bu gün, 15:11

AFFA

Qarabağ FK
Bu gün, 15:11

"Qarabağ" "Sumqayıt"la ev oyununda xanım azarkeşlərə pulsuz QR biletlər təqdim edir

Digər
Bu gün, 15:07

Kanada himnini səhv ifa edən müğənni xərçəngdən sonra yaddaşının zəiflədiyini bildirib

Futbol
Bu gün, 15:02

«Sabah»ın tibbi xidmət rəhbəri: «İspaniyanın yüksək divizionunda çıxış edən bir çox klub bizim infrastrukturumuza həsəd apara bilər»

Oxşar xəbərlər