top
«Sabah»ın tibbi xidmət rəhbəri: «İspaniyanın yüksək divizionunda çıxış edən bir çox klub bizim infrastrukturumuza həsəd apara bilər» Oxu.az
Bu gün, 15:02
- ↺ +

«Sabah»ın tibbi xidmət rəhbəri: «İspaniyanın yüksək divizionunda çıxış edən bir çox klub bizim infrastrukturumuza həsəd apara bilər»

«Sabah»ın tibbi xidmətinin rəhbəri Mateo Peres Lopes klubun infrastrukturu, iş şəraiti, futbolçuların bərpa prosesi və Çempionlar Liqasındakı hədəfləri barədə danışıb. İspaniyalı mütəxəssis "Barselona" ilə qarşılaşmanın Bakı sakinləri üçün xüsusi hadisə olduğunu desə də, komandanın əsas məqsədinin növbəti mərhələyə yüksəlmək olduğunu vurğulayıb.

Oxu.Az xəbər verir ki, Peres Lopes bu barədə İspaniyanın "AS" nəşrinə müsahibəsində danışıb.

Madridli mütəxəssis cəmi iki mövsüm əvvəl İspaniyanın dördüncü divizionunda - "UD Sanse"də fizioterapevt kimi çalışdığını, indi isə Çempionlar Liqasında mübarizə aparan klubun tibbi xidmətinə rəhbərlik etdiyini bildirib.

O, "Sabah"ın infrastrukturunu yüksək qiymətləndirib və klubun malik olduğu şəraitin İspaniyanın yüksək liqasında çıxış edən bir çox komandada belə olmadığını söyləyib:

"İnfrastruktur həqiqətən möhtəşəmdir. Əməkdaşlarımızın sayı çox deyil, lakin bu baxımdan klub çox yüksək səviyyədədir. Deyərdim ki, burada İspaniyanın yüksək divizionunda çıxış edən bir çox komandanın həsəd aparacağı şərait var. Tibbi resurslara gəlincə, azsaylı heyətimiz olduğunu nəzərə alsaq, yaxşı iş gördüyümüzü düşünürəm. Futbolçular çox razıdırlar. Onların ehtiyac duyduqları hər şeyi əldə edib-etmədiklərini anlamağın ən yaxşı yolu da məhz budur".

Peres Lopes "Sabah"ın Çempionlar Liqasında iştirak etməsinə baxmayaraq, tibbi xidmətində cəmi yeddi mütəxəssisin çalışdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, gündəlik işlərdə beş nəfər iştirak edir.

"Klubumuzu xüsusi edən də məhz budur. Çempionlar Liqasında çıxış etməyimizə baxmayaraq, digər klublardan fərqli olaraq, əməkdaşlarımızın sayı çox deyil. Mən fizioterapevtəm və komandanın həkimi ilə birlikdə tibbi istiqamətə ümumi rəhblik edirəm. Nikolas Dominqes futbolçuların zədələrdən sonra bərpasına cavabdehdir. Birlikdə hər gün bütün oyunçuların vəziyyətini və bərpa prosesinin gedişatını izləyirik.

Bundan başqa, masajçılarımız var. Onlar müxtəlif prosedurları həyata keçirir, məşqlər zamanı meydanda tibbi yardım göstərilməsinə kömək edirlər. Matçlarda Nikolas, komandanın həkimi və mən çalışırıq. Bu il ispaniyalı qidalanma məsləhətçisi Felipe ilə də əməkdaşlığa başlamışıq. Gündəlik işlərdə beş nəfər iştirak edir, ümumilikdə isə tibbi xidmətimiz yeddi mütəxəssisdən ibarətdir".

İspaniyalı mütəxəssis həyat yoldaşı və iş yoldaşları ilə birlikdə Bakıya köçməsinin uyğunlaşma prosesini asanlaşdırdığını bildirib. Onu ən çox təəccübləndirən isə yerli insanların əcnəbilərə münasibəti olub:

"Şəxsi baxımdan uyğunlaşmaq mənim üçün çətin olmadı. Həyat yoldaşımla birlikdə gələ bildim. Başqa ölkədə yenidən həyat qurmaq yanında sənə dəstək olan insanlar olduqda daha asandır. İş komandamdan Diego Qarsiya və bərpa mütəxəssisimiz Nikolas Dominqes də mənə həm şəxsi, həm də peşəkar baxımdan çox kömək edirlər.

Peşəkar mühit həqiqətən fərqlidir. Bu, peşəkar futboldur, lakin Avropada alışdığımızdan fərqli tələblər və yanaşmalar var. Məni ən çox insanlar təəccübləndirdi. Klubun yerli əməkdaşları həyatımızı asanlaşdırmaq üçün əllərindən gələni edirlər. Onların bizə kömək etmək istədikləri və burada çalışmağımızda maraqlı olduqları açıq-aydın görünür. Eyni münasibəti ümumilikdə Azərbaycan sakinlərində də müşahidə etdim. Onlar çox mehribandırlar və aramızda çoxlu fərqlər olmasına baxmayaraq, burada olmağımızdan məmnun olduqlarını hiss edirik".

Peres Lopes "Sabah"a gəldikdən sonra tibbi xidmətin iş metodlarında dəyişikliklər etdiklərini də açıqlayıb. Onun sözlərinə görə, diaqnostika və zədələrdən sonra bərpa prosesinə yanaşma yenilənib və klub rəhbərliyi bu dəyişiklikləri müsbət qarşılayıb:

"Bura gələndə öz iş metodlarımızı təqdim etdik və onlar heç bir problem olmadan qəbul edildi. Əvvəllər burada, məsələn, diaqnostika və ya zədələrdən sonra bərpa məsələlərinə fərqli yanaşılırdı. Bir çox dəyişiklik etdik, lakin bunlar çox yaxşı qarşılandı. Düşünürəm ki, biz öz təcrübəmizi onlarla bölüşürük, eyni zamanda özümüz də onlardan öyrənirik".

"Sabah"ın eyni vaxtda üç turnirdə mübarizə aparması və avrokubok səfərləri tibbi xidmətin işini də çətinləşdirib. Peres Lopes bildirib ki, artıq futbolçuları yalnız növbəti oyuna deyil, bütöv ayın təqviminə uyğun hazırlamaq lazımdır:

"Məsələ artıq futbolçunu sadəcə şənbə və ya bazar günü keçiriləcək oyuna hazırlamaqdan ibarət deyil. Bütöv bir ayın logistikasını düşünməlisən. Məsələn, bu ay 31 gün ərzində doqquz oyunumuz var. Aydındır ki, heç bir futbolçu müəyyən narahatlıq hiss etmədən 90 dəqiqəlik doqquz matçda iştirak edə bilməz. Bu narahatlıq isə daim qiymətləndirməli olduğumuz risk deməkdir.

Altı saatlıq uçuş bir çox problemi daha da ağırlaşdırır. Futbolçu səfərə gedirsə, deməli, komanda üçün çox vacibdir. Lakin uçuşun həm gedərkən, həm də qayıdarkən onun fiziki vəziyyətinə təsir edəcəyini nəzərə almalıyıq. Ola bilsin ki, növbəti çempionat oyununda ona istirahət lazım olacaq, yaxud zədəyə səbəb ola biləcək xoşagəlməz hissləri aradan qaldırmağa çalışmalıyıq".

Uzun səfərlərin və saat qurşağı fərqinin təsirini azaltmaq üçün tibbi heyət xüsusi protokollardan istifadə edir. Bu prosesdə qidalanma rejimi də nəzərə alınır:

"Vaxt fərqinin təsirini, yaxud ən azı orqanizmin bunu necə qəbul etdiyini maksimum dərəcədə azaltmağa çalışırıq. Məqsəd futbolçuların bütün mövsüm ərzində eyni bioloji ritmi qoruması və yarış zamanı maksimum nəticə göstərməyə hazır olmasıdır.

Çətinlik protokolun özündə deyil, futbolçuların ona əməl etməsindədir. Bəzən onlara elə gəlir ki, söhbət əhəmiyyətsiz detallardan gedir. Çox vaxt bunlar sadə məsələlərdir: axşam yeməyini bir qədər tez yemək və ya məşq cədvəlinə uyğun olaraq qidalanma vaxtını dəyişmək. Bütün bunlar qidalanma mütəxəssisi ilə birlikdə əlaqələndirilir".

Peres Lopes "Sabah"ın əsas heyətinin sabitliyində tibbi xidmətin də rolunun olduğunu qeyd edib. Onun sözlərinə görə, ötən ildən bəri komandada zədələr azalıb. Bununla belə, zədədən sonra futbolçunun meydana qayıtması ilə bağlı qərar həmişə asan verilmir:

"Futbolçu zədədən qayıdanda onun vəziyyəti daim nəzarətdə saxlanılır. Müxtəlif testlər və yoxlamalar keçirilir, müəyyən mərhələlər tamamlandıqca növbəti mərhələyə keçid edilir. Bu prosesdə oyunçunun özünü necə hiss etməsi də vacibdir.

Çempionlar Liqasında oynamaq istəyən futbolçularımız olub və onlar bəlkə də fərqində olmadan bəzi narahatlıqlarını kiçildərək göstəriblər. Yaxud açıq şəkildə bildiriblər ki, bu oyun onlar üçün çox vacib olduğundan nəyin bahasına olursa-olsun meydana çıxmaq istəyirlər. Buna görə də yekun qərar məşqçilər heyəti, futbolçu və tibbi xidmət tərəfindən birlikdə qəbul edilir. Biz risk səviyyəsi barədə məlumat təqdim edirik. Bu risk aşağı, orta və ya yüksək ola bilər".

O, əsas heyətin sabitliyinin də zədələrin azlığı ilə əlaqəli olduğunu bildirib:

"Əgər start heyəti sabitdirsə, bunun səbəblərindən biri də ötən ildən indiyədək futbolçuların demək olar ki, zədələnməməsidir. Bu, çox böyük əhəmiyyət daşıyır. Komandamızın gücü kollektivdədir və hər bir futbolçu fərq yarada bilər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Boks
Bu gün, 15:42

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:40

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

Futbol
Bu gün, 15:30

"Qalatasaray"ın hücumçusu Dəniz Gülə Çempионlar Liqasında burnuna dəyən zədə üzündən uğurla əməliyyat edilib;

Digər
Bu gün, 15:29

Tahir Abdullayev Dohada UFC turnirində əyalatlı rəqibini məğlub etdi: Çəkidəki problem diyetoloqun səhvindən oldu;

Futbol
Bu gün, 15:25

UFC döyüşçüsü Tahir Abdullayev: Messinin böyük azarkeşiyəm, amma Azərbaycanda olsaydım "Sabah"a dəstək verərdim

Futbol
Bu gün, 15:20

Alman mütəxəssislər "Səbail"in Qubadakı stadionuna baxış keçirdi

Futbol
Bu gün, 15:20

"Bavariya" Musialanın nevroloji simptomları haqqında rəsmi açıqlama yaydı

Digər
Bu gün, 15:18

Məhəmmədəli Osmanlı: "Karyeramın ən yaxşı formasındayam, Pavel Andruşka ilə qarşılaşacağam"

Digər
Bu gün, 15:14

Məhəmmədəli Osmanlı UFC-də kəmər qazana biləcəyinə əmin: "Növbəti rəqibim ilk məğlubiyyətini məndən alacaq"

Futbol
Bu gün, 15:11

AFFA

Qarabağ FK
Bu gün, 15:11

"Qarabağ" "Sumqayıt"la ev oyununda xanım azarkeşlərə pulsuz QR biletlər təqdim edir

Digər
Bu gün, 15:07

Kanada himnini səhv ifa edən müğənni xərçəngdən sonra yaddaşının zəiflədiyini bildirib

Oxşar xəbərlər