top
Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - Sampdoriya ilə yeni müqavilə imzaladı Idman.biz
Bu gün, 15:40
- ↺ +

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

İtaliyanın "Sampdoriya" futbol klubunun hücumçusu Lorenzo Mezzotero karyerasını İtaliya millisində davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, atası italiyalı, anası azərbaycanlı olan 18 yaşlı futbolçu ilə imzalanan yeni müqavilənin maliyyə şərtləri və onun milli komanda ilə bağlı planları İtaliyanın tanınmış media orqanlarının diqqətini yenidən hücumçuya yönəldib.

2008-ci il avqustun 16-da İtaliyanın Montsa şəhərində anadan olan hücumçu həm Azərbaycan, həm də İtaliya vətəndaşlığına malikdir.

Mezzotero Azərbaycan millisinə dəvət alsa da, "Karrareze" ilə qarşılaşmadan sonra ayağında yaranan hematoma səbəbindən yığmanın düşərgəsinə qoşula bilməyib. İtaliya mətbuatı bunun futbolçunun gələcəkdə İtaliya millisində çıxış etməsi ilə bağlı mümkün bürokratik çətinliklərin qarşısını aldığını qeyd edir.

İtaliya millisinin baş məşqçisi Roberto Mançininin və 21 yaşadək futbolçulardan ibarət yığmanın çalışdırıcısı Silvio Baldininin növbəti toplanışlarda gənc hücumçuya dəvət göndərə biləcəkləri bildirilir.

"Sampdoriya"nın da bu ehtimalı ciddi qəbul etdiyini yeni müqavilədəki xüsusi bənd göstərir. Belə ki, futbolçu İtaliyanın əsas və ya U-21 millisinin heyətində ilk rəsmi oyununu keçirəcəyi təqdirdə bonus alacaq.

Futbolçunun maaşı hər mövsüm artacaq

"Sampdoriya" ilə əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin iyununda başa çatacaq futbolçunun yeni sözləşməsi 2030-cu il iyunun 30-dək qüvvədə olacaq. İtaliya klubu müqaviləni daha bir mövsüm uzatmaq hüququna da malikdir.

Yeni razılaşmaya əsasən, hücumçunun vergilər tutulmazdan əvvəl illik qazancı aşağıdakı kimi olacaq:

- 2026/27 mövsümü - 40 min avro (74,4 min manat);

- 2027/28 mövsümü - 180 min avro (334,9 min manat);

- 2028/29 mövsümü - 230 min avro (427,9 min manat);

- 2029/30 mövsümü - 280 min avro (521 min manat).

"Sampdoriya" A Seriyasına yüksələcəyi təqdirdə futbolçunun maaşı daha da artacaq. Belə olan halda onun 2029/30 mövsümündə illik qazancı 400 min avronu (744,3 min manat) ötəcək. Müqavilədə keçirilən oyunların sayına görə də əlavə bonuslar nəzərdə tutulub.

Futbola Azərbaycanda başlayıb

Mezzotero futbolçu karyerasına Azərbaycanda başlayıb. Daha sonra İtaliyaya yollanan hücumçu "Viqor Milano" və "Atalanta"nın akademiyalarında çıxış edib. Sol dizində yaranan problem onun inkişafına mənfi təsir göstərib və özünə inamının azalmasına səbəb olub.

Futbolçunun karyerasında dönüş nöqtəsi İspaniyada, Barselona şəhərində yerləşən "Fundacion Marcet" akademiyasındakı fəaliyyəti olub. Burada həm təhsil, həm də futbol sahəsində yüksək nəticələr göstərən Mezzotero əvvəlki formasını və özünə inamını bərpa edib.

2024-cü ilin yayında "Sampdoriya"ya qoşulan hücumçu bu yaxınlarda İspaniya akademiyasının Şöhrət zalına daxil edilib. İspaniya millisinin qapıçısı David Raya və futbolçu Oliver Torres də həmin siyahıda yer alırlar.

18 yaşlı hücumçunun hələlik şəxsi agenti yoxdur. "Sampdoriya" rəhbərliyi ilə yeni müqavilə üzrə danışıqları onun atası Sergio aparıb.

Yalnız Mançini və Kiorri onu qabaqlayırlar

Mezzotero əsas komandada keçirdiyi beş qarşılaşmada iki qol vurmaqla "Sampdoriya"nın tarixinə də düşüb.

Klub tarixində yalnız Roberto Mançini və Alvyero Kiorri ilk iki qollarını Mezzoterodan daha erkən yaşda vurublar.

Hücumçu 18 yaş, iki ay və 15 günlüyündə "Virtus Entella"nın qapısına yol taparaq əsas komandada ilk qolunu vurub. Daha sonra "Benevento" ilə qarşılaşmada fərqlənərək baş məşqçi Luka Dancelonun rəhbərliyi altında komandanın ardıcıl üçüncü qələbəsinə töhfə verib.

Qeyd edək ki, cəmi 20 gün əvvəl "Sampdoriya"nın gənclər komandasında çıxış edən Mezzotero hazırda əsas heyətin diqqətçəkən futbolçularından birinə çevrilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:30

"Qalatasaray"ın hücumçusu Dəniz Gülə Çempионlar Liqasında burnuna dəyən zədə üzündən uğurla əməliyyat edilib;

Futbol
Bu gün, 15:25

UFC döyüşçüsü Tahir Abdullayev: Messinin böyük azarkeşiyəm, amma Azərbaycanda olsaydım "Sabah"a dəstək verərdim

Futbol
Bu gün, 15:20

Alman mütəxəssislər "Səbail"in Qubadakı stadionuna baxış keçirdi

Futbol
Bu gün, 15:20

"Bavariya" Musialanın nevroloji simptomları haqqında rəsmi açıqlama yaydı

Digər
Bu gün, 15:18

Məhəmmədəli Osmanlı: "Karyeramın ən yaxşı formasındayam, Pavel Andruşka ilə qarşılaşacağam"

Digər
Bu gün, 15:14

Məhəmmədəli Osmanlı UFC-də kəmər qazana biləcəyinə əmin: "Növbəti rəqibim ilk məğlubiyyətini məndən alacaq"

Futbol
Bu gün, 15:11

AFFA

Qarabağ FK
Bu gün, 15:11

"Qarabağ" "Sumqayıt"la ev oyununda xanım azarkeşlərə pulsuz QR biletlər təqdim edir

Digər
Bu gün, 15:07

Kanada himnini səhv ifa edən müğənni xərçəngdən sonra yaddaşının zəiflədiyini bildirib

Futbol
Bu gün, 14:53

Yuventus Kapitanı: Karyeramın ən çətin dövrlərindən birini yaşayıram

Futbol
Bu gün, 14:50

Ferrán Torres 7 milyon avroya ofis binası aldı

Qarabağ FK
Bu gün, 14:50

“Kəpəz” – “Qarabağ” qarşılaşması ilə bağlı videosüjet

Futbol
Bu gün, 14:45

AFFA I səviyyə skautinq sertifikat proqramına qəbul elan edir

Boks
Bu gün, 14:43

UFC döyüşçüsü Tahir Abdullayev: uzun illər sonra qələbə, əziyyətin nəticəsi

Qarabağ FK
Bu gün, 14:40

Qəbələdə Yeton Bekiri: Altı turda 2 qoldan son üç oyunun müqayisəsi

Digər
Bu gün, 14:36

Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb: Dohada Ceyk Metyuzu məğlub etdi

Futbol
Bu gün, 14:29

"Araz-Naxçıvan"da hakimlik qaydaları ilə bağlı seminar keçirildi

Futbol
Bu gün, 14:26

"Səbail" klubunun dəvəti ilə alman mütəxəssisləri Qubadakı stadionun ot örtüyünü və drenaj sistemini qiymətləndirib

Futbol
Bu gün, 14:24

Stiv Solvet: "Barselona"ya məğlub olsaq, qeyri qətiyyən forma istəməyəcəyəm, azarkeşlərlə sağollaşıb gedəcəyəm

Futbol
Bu gün, 14:20

Qvardiola 18 illik fasiləyə ehtiyac olduğu üçün İtaliya millisinin təklifini rədd edib

Futbol
Bu gün, 14:18

Arif Əsədov: "Sabah" "Barselona" qarşısında öz oyununu sərgiləməlidir

Oxşar xəbərlər