"Zəfər" komandası AFFA U-14 Liqasından kənarlaşdırılıb.
Sportify.az xəbər verir ki, buna komandanın noyabrın 22-də "Sabah"la keçirilməli olan oyuna çıxmaqdan imtina etməsi səbəb olub.
AFFA İntizam Komitəsinin qərarına əsasən, bu hal mövsüm ərzində üçüncü dəfə təkrarlandığı üçün "Zəfər" 2026/2027-ci il mövsümünün sonunadək liqadan kənarlaşdırılıb. Komandanın keçirdiyi bütün oyunların nəticələri də ləğv edilib.