İspaniya millisinin və "Real Madrid"in sabiq müdafiəçisi Serxio Ramos NBA-də çıxış edən sloveniyalı basketbolçu Luka Donçiçin növbəti uğurlu oyununa münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Ramos sosial şəbəkədə "Los-Anceles Leykers"in oyunçusunu "Yuta Caz" üzərində 132:123 hesablı qələbədə göstərdiyi performansa görə təbrik edib.
"Don Luka Donçiç, səninlə necə də fəxr edirəm, dostum! Sən inanılmazsan. Bu, əsl ustad dərsidir. Oyununu izləmək böyük zövqdür. Belə davam et, canavar!" - deyə Ramos yazıb.
Donçiç qarşılaşmanın ən məhsuldar basketbolçusu olub. O, 52 xal toplamaqla yanaşı, səkkiz ribaund, 10 məhsuldar ötürmə və iki topalma ilə yadda qalıb. Sloveniyalı oyunçu dörd dəfə top itkisinə yol verib.
Qeyd edək ki, Donçiç "Real Madrid"in yetirməsidir. O, 2018-ci ildə NBA-yə yollanaraq "Dallas Maveriks"də çıxış etməyə başlayıb, 2025-ci ildən isə "Los-Anceles Leykers"in formasını geyinir.