FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə keçiriləcək "Sabah" – "Trabzonspor" (Türkiyə) oyunu üçün biletlər satışa buraxılıb. Sport24.az xəbər verir ki, A qrupunun IV turu çərçivəsində baş tutacaq qarşılaşma noyabrın 10-da Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunacaq.
Həyəcanla gözlənilən matçın start düdüyü saat 20:00-da çalınacaq.
Azarkeşlər qiymətləri 2, 3, 10 və 100 manat arasında dəyişən biletləri "iticket.az" onlayn satış platforması üzərindən əldə edə bilərlər.