top
LANDAU Lions baş məşqçisi Erhan Toker məğlubiyyətin müdafiə problemləri və zədələr səbəbilə olduğunu açıqladı Idman.biz
Dünən, 23:25
- ↺ +

LANDAU Lions baş məşqçisi Erhan Toker məğlubiyyətin müdafiə problemləri və zədələr səbəbilə olduğunu açıqladı

"LANDAU Lions"ın baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının ilk turunda "Sabah"a 74:84 hesabı ilə məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis yerli basketbolçuların çıxışı, müdafiədəki problemlər və heyətdəki itkilərin komandanın oyununa təsir etdiyini bildirib.

"İlk növbədə "Sabah"ı təbrik etmək istəyirəm. Yerli basketbolçuların oyunu matçın ümumi gedişatına və kimin öz mövqeyində, ya da vərdiş etmədiyi mövqedə çıxış etməli olduğuna təsir göstərir. Ercan Donat kömək etməyə çalışdı, birinci hissədə Nicat Məmmədli də müəyyən töhfə verdi. İsmayıl Abdullayev isə gözlədiyimizdən daha zəif oynadı. Bütün bunları nəzərə alaraq, müdafiədə özümüzü yaxşı tərəfdən göstərə bilmədik", – deyə Toker vurğulayıb.

Baş məşqçi "Sabah"ın daha sərt oynadığını və komandasının rəqibin oyun üslubuna cavab verə bilmədiyini söyləyib.

"Rəqib kifayət qədər sərt oynayırdı. Hakimlər oyunun keyfiyyətli alınması üçün belə mübarizəyə şərait yaradırdılar. Biz eyni dərəcədə sərt oynaya bilmədik və bu baxımdan problemlərimiz yarandı. Lakin komandanın mübarizəsindən razıyam. Hər zamanki kimi, bu oyundan dərs çıxaracağıq və səhvlərimizi təhlil edəcəyik".

Toker həmçinin Arnas Sakenis və Edvarts Polaytsın zədələrinin qarşılaşmaya təsir etdiyini vurğulayıb.

"Arnas Sakenisin zədəsi də oyuna təsir etdi. Edvarts Polayts zədə səbəbindən onsuz da tam hazır deyildi, Arnasın zədələnməsindən sonra isə o, parketdə daha çox vaxt keçirməli oldu. İndi bizi "Geneva Lions" ilə matç gözləyir. Bu, FİBA Avropa Kubokunun qrup mərhələsində bu mövsüm ilk oyunumuz olacaq. İndi bizim üçün əsas məsələ bu görüşə hazırlaşmaqdır", – deyə məşqçi əlavə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Voleybol
Dünən, 23:54

Azərbaycan U‑20 qadın voleybol komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək

Futbol
Dünən, 17:30

“Turan Tovuz” – “İmişli” futbol matçının yeri Yevlax stadionuna dəyişdirildi

Futbol
Dünən, 16:28

Lixtenşteyn millisinin futbolçusu: “Bakıda yaxşı nəticə qazanmaq istəyirik”

Futbol
Dünən, 14:07

Məqsəd İsayev Kapazdan ayrıldı, Gəncəbasara keçidi gözlənilir

Digər
Dünən, 12:07

Mingəçevir Reqatası-2026-nın ikinci günündə Azərbaycan üç medal qazandı

Minifutbol
Dünən, 11:20

Fərrux Hüseynzadə Kazakhstan – Belarus futsal oyununda UEFA nümayəndəsi təyin olundu

Qarabağ FK
Dünən, 11:07

“Qarabağ”ın zədəli futbolçularının geri dönüş tarixləri açıqlanıb – Klubdan İDMAN.BİZ‑ə açıqlama

Futbol
Dünən, 10:52

Zirə futbolçuları milli komandalarında qələbələrə töhfə verib;

Futbol
Dünən, 10:40

U-21 komandamız Şotlandiya ilə üz-üzə çıxacaq

Basketbol
Dünən, 10:07

“Sabah” basketbol komandası ABL mövsümünü “LANDAU Lions”la açır

Basketbol
Dünən, 09:38

“Neftçi” basketbol komandası Estoniyada Parnu ilə üz-üzə gələcək

Futbol
Dünən, 07:19

Joau Feliks 2026 “Qızıl top”u Lamin Yamala verəcəyini açıqladı

Futbol
Dünən, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Dünən, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Futbol
Dünən, 00:57

Skaloni Messi çıxışından sonra Argentina milli komandası oyun tərzini açıqladı

Futbol
29 sentyabr 2026, 23:29

Rikardo Martins Qimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələsində Sudan qarşısında qol vurdu

Futbol
29 sentyabr 2026, 22:25

"Zirə"nin yarımmüdafiəçisi Mozambik millisi ilə Sudanı 4-1 məğlub etdi və qol vurdu

Futbol
29 sentyabr 2026, 21:01

Tomas Müller Vancouver Whitecaps ilə müqaviləsini 2027-ci ilin sonuna qədər uzadı

Futbol
29 sentyabr 2026, 19:49

Rafinya Avstraliya ilə oyunda zədələndi, Ançelotti açıqlama vermədi

Basketbol
29 sentyabr 2026, 18:40

“Sumqayıt” Basketbol Klubuna yeni transfer – Aleks Holt qoşuldu

Futbol
29 sentyabr 2026, 16:10

“Sabah” klubunun UEFA Çempionlar Liqası ev oyunları üçün fərdi biletlərin satışı başlayır

Futbol
29 sentyabr 2026, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Oxşar xəbərlər