İkiqat dünya çempionu Dejan Bodiroqa Serbiya parlamentində deputat mandatından imtina edib.
Keçmiş basketbolçu seçkilərdə qalib gələn "Tələbə siyahısı"nın kampaniyasına dəstək verib. Buna baxmayaraq, o, qanunvericilik fəaliyyətində iştirak etməyəcək.
Serbiya mətbuatında Bodiroqanın Gənclər və İdman naziri vəzifəsinə təyin oluna biləcəyi barədə məlumatlar yayılıb. Hələlik onun mümkün təyinatı ilə bağlı rəsmi açıqlama verilməyib.