İngiltərənin «Arsenal» klubu qış transfer dövründə heyətinə üç yeni futbolçu cəlb etməyi planlaşdırır.
«Report» xəbər verir ki, bu barədə «The Athletic» nəşri məlumat yayıb.
London təmsilçisi müdafiənin sağ çinahını və hücumun sol çinahını gücləndirməyi, həmçinin mərkəz hücumçusunu transfer etməyi hədəfləyir.
«Topçular» Portuqaliyanın «Sportinq» klubunun 22 yaşlı sağ çinah müdafiəçisi İvan Fresnedanın nümayəndələri ilə əlaqə saxlayıb.
Paytaxt komandası Almaniya təmsilçisi «Leyptsiq»dən 21 yaşlı vinger Antonio Nusa və «Bornmut»un iki oyunçusu — Eli Krupi və Aleks Skottla da maraqlanır.