Xosep Qvardiola İspaniya klubu "Barselona"ya qayıtmağı planlaşdırmadığını bildirib.
Sportify.az xəbərt verir ki, o, Kataloniya klubunun əsas komandasına 2008-2012-ci illərdə rəhbərlik edib.
"Bavariya"ya qayıdacağam? Uli Höness və Karl-Haynts Rummenigge ilə hələ də əlaqə saxlayıram. Amma əvvəllər çalışdırdığım kluba yenidən qayıtmalıyam? Məsələn, "Barselona"ya qayıtmayacağam. "Bavariya"nın fantastik məşqçisi var – Kompani. Ondan sonra isə yeni, gənc məşqçi gələcək", – deyə Qvardiolanın sözlərini "Sport.es" nəşri yayıb.
Qeyd edək ki, Qvardiola "Barselona"da çalışdığı müddətdə iki dəfə Çempionlar Liqasının və İspaniya Kubokunun qalibi olub, üç dəfə isə İspaniya çempionluğunu qazanıb. O, 2013-2016-cı illərdə Almaniya təmsilçisi "Bavariya"nı çalışdırıb.