"Mançester Yunayted"in sabiq hücumçusu Erik Kantona 1995-ci ildə "Kristal Pelas" azarkeşinə qarşı etdiyi kunq-fu zərbəsi ilə bağlı danışıb.
Həmin vaxt futbolçu reklam lövhələrinin üzərindən tullanaraq tribunadakı azarkeşə ayaqla zərbə endirmişdi. Bu hadisəyə görə Kantona 9 ay müddətinə futboldan diskvalifikasiya olunmuşdu.
Fransalı sabiq futbolçu hadisəyə görə peşman olmadığını bildirib: "İnsanlar məndən üzr istəməyimi gözləyirlər. Xeyr, peşman deyiləm. Əgər nəyəsə görə təəssüflənirəmsə, bu, ona başqa yerindən zərbə vurmamağımdır.
Kunq-fu üslubunda zərbəm xüsusilə jurnalistlər tərəfindən sərt tənqid olunmuşdu. Amma indi bu hadisə daha çox müsbət simvola çevrilib. Buna görə də ona münasibətim dəyişib", – deyə Kantona bildirib.