top
Azərbaycan Basketbol Liqası: Pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşir Idman.biz
07 aprel 2026, 21:03
- ↺ +

Azərbaycan Basketbol Liqası: Pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşir

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn sonuncu komanda müəyyənləşib.

İdman.Biz xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində "Sumqayıt" NTD-ni qəbul edib.

Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüş NTD-nin 95:88 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında ilk görüşdə də NTD rəqibini üstələmişdi - 121:107. Bu nəticədən sonra komanda növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

Beləlikə, pley-off raundunda "Sabah" – "Naxçıvan", "Abşeron Lions" – "Şəki", "Neftçi" - NTD və "Ordu" – "Gəncə" matçları keçiriləcək.

16:41

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.

İdman.Biz xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində "Lənkəran" "Gəncə"ni qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında ilk görüşdə də "Gəncə" rəqibini üstələmişdi - 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

Günün digər görüşündə isə "Sumqayıt" öz meydanında NTD-ni sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 19:00-da başlayacaq. Bu cütün ilk matçında paytaxt təmsilçisi rəqibini 121:107 hesabı ilə məğlub edib.

Qeyd edək ki, daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

09:55

Bu gün Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunları çərçivəsində daha iki qarşılaşma baş tutacaq.

İdman.Biz xəbər verir ki, günün ilk matçında "Lənkəran" doğma azarkeşləri önündə "Gəncə" ilə üz-üzə gələcək.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək. Komandaların ilk duelində "Gəncə" inamlı oyun nümayiş etdirərək 91:55 hesablı qələbə qazanıb.

Günün digər görüşündə isə "Sumqayıt" öz meydanında NTD-ni sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 19:00-da başlayacaq. Bu cütün ilk matçında paytaxt təmsilçisi rəqibini 121:107 hesabı ilə məğlub edib.

Qeyd edək ki, daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:03

İspaniya millisinin futbolçusu Niko Uilyams zədə səbəbiylə düşərgədən ayrıldı

Futbol
Bu gün, 02:10

Almaniya və Portuqaliya üçün qalibiyyətlər

Futbol
Dünən, 22:38

Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq”

Futbol
Dünən, 22:14

Manchester United və Chelsea Tomas Araujo’nu transfer etmək istəyir

Futbol
Dünən, 21:39

AFFA Media və İctimaiyyətlə Əlaqələr Şöbə Rəhbəri Murad Axundov Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 19:09

Aqueronun “Mançester Siti”yə transferi: razılaşma masa örtüyündə imzalanıb

Basketbol
Dünən, 17:40

Basketbol Liqasında “Sabah” və “Neftçi” matçları təxirə salındı

Voleybol
Dünən, 16:40

U-20 qadın voleybol milli komandası Qubada EEVZA çempionatı hazırlığını davam etdirir

Futbol
Dünən, 16:40

U-17 Azərbaycan qızlar millisi Kosovoya 8:3, İrlandiyaya 0:16 hesabla məğlub oldu

Futbol
Dünən, 14:48

AFFA İkinci Liqa turnirində beş klub müxtəlif səbəblərlə cərimə aldı

Futbol
Dünən, 11:36

Türkiyə U-21 millisinin heyətinə iki futbolçu əlavə edildi;

Basketbol
Dünən, 11:19

Sabah basketbolunun legioneri Cerri Bleyks: “Komanda olaraq əlimizdən gələni etdik”

Futbol
Dünən, 09:20

Manchester United Jan-Filip Matetaya maraq göstərir

Futbol
Dünən, 09:02

UEFA Millətlər Liqası: Azərbaycan millisi Lixtenşteynlə bu gün 20:00‑də Bakıda qarşılaşacaq

Cüdo
Dünən, 06:29

Olimpiya çempionu Yeldos Smetov Bakıdakı cüdo dünya çempionatından imtina etdi: “Xalqım məni bağışlamaz”

Futbol
Dünən, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Dünən, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Voleybol
30 sentyabr 2026, 23:54

Azərbaycan U‑20 qadın voleybol komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək

Futbol
30 sentyabr 2026, 23:51

Real Madrid Aleks Skottla transferini araşdırır

Basketbol
30 sentyabr 2026, 23:25

LANDAU Lions baş məşqçisi Erhan Toker məğlubiyyətin müdafiə problemləri və zədələr səbəbilə olduğunu açıqladı

Futbol
30 sentyabr 2026, 20:12

Azərbaycan futbol millisi Lixtenşteyn qarşısında oyun öncəsi açıq məşqini Tofiq Bəhramov stadionunda keçirib - VİDEO

Futbol
30 sentyabr 2026, 19:49

Ayxan Abbasov: Lixtenşteyn qarşısında qalib gəlmək üçün azarkeş dəstəyi vacibdir

Futbol
30 sentyabr 2026, 17:30

“Turan Tovuz” – “İmişli” futbol matçının yeri Yevlax stadionuna dəyişdirildi

Futbol
30 sentyabr 2026, 16:28

Lixtenşteyn millisinin futbolçusu: “Bakıda yaxşı nəticə qazanmaq istəyirik”

Oxşar xəbərlər