İngiltərə klubu "Arsenal" yanvar transfer pəncərəsi öncəsi Portuqaliya komandası "Sportinq"in sağ cinah müdafiəçisi İvan Fresnedanın nümayəndələri ilə danışıqlara başlayıb.
Sportify.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 22 yaşlı ispaniyalı futbolçu 29 yaşlı Ben Uaytın uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirilir. London klubu Fresnedanın potensialı ilə uzun müddətdir maraqlanır.
İspaniyalı müdafiəçi 2023-cü ilin avqustundan Lissabon təmsilçisində çıxış edir. Onun "Sportinq"lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 20 milyon avro qiymətləndirilir.