top
Xilasedici - Ordu oyununun yarımçıq dayanması: Baş məşqçilərin İdman.Biz-ə Açıqlamaları və AVF Qərarı Idman.biz
18 dekabr 2025, 17:07
- ↺ +

"Xilasedici" - "Ordu" oyununun yarımçıq dayanması: Baş məşqçilərin İdman.Biz-ə Açıqlamaları və AVF Qərarı

Artıq xəbər verdiyimiz kimi, Voleybol üzrə Azərbaycan çempionatının yeddinci turunda "Xilasedici" ilə "Ordu" arasında keçirilən oyun yarımçıq dayandırılıb.

Əldə etdiyimiz məlumata görə, qarşılaşma ikinci setdə oyunun supervayzeri Zöhrab Gözəlbəyli tərəfindən meydançada yaranan gərginliyə görə dayandırılıb.

Baş vermiş insidentlə bağlı hər iki klubun baş məşqçisi İdman.Biz-ə açıqlama verib.

"Ordu" voleybol klubunun baş məşqçisi Cavid Süleymanov vurğulayıb ki, rəhbərlik etdiyi komanda birinci setdə 25:20, ikinci setdə isə 22:19 hesabı ilə öndə olub.

"Məhz bu vaxt Zöhrab müəllim matçı dayandırdı, halbuki biz oyunu davam etdirməyə hazır idik. Hadisənin detalları üzərində dayanmaq istəmirəm, amma artıq Azərbaycan Voleybol Federasiyasına müraciət etmişik. Rəqib komandanın baş məşqçisi Cəlil Cəlilovla münasibətlərim çox yaxşıdır və əminəm ki, dünən baş verənlər bu əlaqələrə heç bir təsir göstərməyəcək. İnanıram ki, AVF bu insidentlə bağlı ədalətli qərar verəcək", - deyə Cavid Süleymanov bildirib.

Rəqib komandanın - "Xilasedici"nin baş məşqçisi olan Cəlil Cəlilovun isə açıqlaması belə olub:

"Cavidlə çox yaxın dostuq və dünən baş verənlərə görə təəssüf edirəm. Əminəm ki, bu insident nə bizim münasibətlərimizə, nə də voleybolçuların bir-birinə olan münasibətinə təsir edəcək. Federasiyanın qərarını gözləyirik və istənilən halda onu qəbul edəcəyik".

Qeyd edək ki, bu insidentlə bağlı AVF-də keçirilən iclas artıq 2,5 saatdan çoxdur davam edib. İclasda qəbul edilən qərara əsasən, kişilər arasında Yüksək Liqanın VII turunda yarımçıq dayandırılmış "Xilasedici" – "Ordu" oyunu ilə bağlı məsələ araşdırılıb. Dekabrın 17-də keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar AVF-də iclas baş tutub. Toplantının sonunda qəbul edilən qərara görə, "Xilasedici" komandası həmin oyunda 0:3 hesabı ilə texniki məğlubiyyət alıb.

12:45

Voleybol üzrə Azərbaycan çempionatının yeddinci turunda "Xilasedici" ilə "Ordu" arasında keçirilən oyun yarımçıq dayandırılıb.

İdman.Biz-in əldə etdiyi məlumata görə, dünən Fövqəladə Hallar Nazirliyinin İdman Kompleksində baş tutan qarşılaşma ikinci setdə oyunun supervayzeri Zöhrab Gözəlbəyli tərəfindən meydançada yaranan gərginliyə görə dayandırılıb.

İnsidentlə bağlı bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) növbədənkənar iclas keçiriləcək.

Toplantıda hər iki klubun baş məşqçiləri - "Xilasedici"nin çalışdırıcısı Cəlil Cəlilov və "Ordu"nun baş məşqçisi Cavid Süleymanov iştirak edəcək.

İdman.Biz hadisələrin inkişafını izləyəcək.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Oxşar xəbərlər