Bu gün qadın voleybolçuların Super Liqasında dördüncü turun növbəti qarşılaşması keçiriləcək.
İdman.Biz xəbər verir ki, turun oyununda "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.
Görüş saat 16:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində başlayacaq.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmasında "Milli Aviasiya Akademiyası" "Naxçıvan"ı 3:1 (29:27, 22:25, 25:17, 25:23) hesabı ilə məğlub edib.