UEFA Avropa Liqasında "Hapoel Beer-Şeva" ilə Batumidə keçirdiyi oyundan sonra İstanbula qayıdan "Beşiktaş" komandası Sabiha Gökçen Beynəlxalq Hava Limanında su tağı mərasimi ilə qarşılanıb.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Hava limanında keçirilən xüsusi qarşılama mərasimi dünən axşam oynanılan qarşılaşmada Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə sərt müdaxilə etməsinə cavab olaraq, İstanbul təmsilçisi ilə həmrəylik nümayiş etdirmək məqsədilə təşkil olunub.
İdman Batumidəki toqquşmalarla bağlı "Beşiktaş"dan sərt bəyanat: Ərdoğan da məsələyə münasibət bildirdi