Qadın voleybolçuların CEV Çempionlar Liqasında İtaliya klubu “Skandiççi”yə məğlub olan “Turan” komandasının legioneri oyundan sonra maraqlı açıqlama verib.
Sportify.az xəbər verir ki, yarışın rəsmi saytına danışan Kenia Karkases yenidən İtaliyada olduğu üçün xoşbəxt olduğunu vurğulayıb.
"İlk növbədə çox xoşbəxtəm, çünki İtaliyaya qayıtmışam. Daha çox oynamaq istərdim, buna görə bir qədər məyus oldum, amma fürsətimi gözləyirəm. Komandama kömək etmək istəyirəm. Oyunun çətin keçəcəyini düşünürdüm, amma bir set qazana bildik. Bu, bizim üçün çox önəmlidir. İndi evə qayıdıb işləməliyik. Əminəm ki, yaxşı nəticələr əldə edəcəyik. İtaliyada altı il keçirmişəm və bu ölkə mənim üçün ev kimidir" – deyə Karkases bildirib.