İspaniya “Barselona”sına qarşı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V tur matçında xəsarət alan “Sabah” komandasının futbolçusu Akim Zedadkanın durumuna aydınlıq gəlib.
Bu barədə Sportify.az-a paytaxt təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, fransalı müdafiəçinin zədəsi ciddi deyil.
Həmidov bildirib ki, 31 yaşlı oyunçunun noyabrın 28-də evdə “Araz-Naxçıvan”la keçirəcəkləri Misli Premyer Liqasının XIII turunun qarşılaşmasını buraxma ehtimalı çoxdur: “Amma ondan sonrakı oyunlara kimi hazır ola bilər”.
Qeyd edək ki, Akim Zedadka evdə “Barselona”ya 1:4 hesabı ilə uduzduqları görüşün 76-cı dəqiqəsində yerini Tellur Mütəllimova verib.