top
Rafael Petrinin Gəncənin qələbəsi, komandanın məqsədləri və Azərbaycanda voleybolun inkişafı barədə İDMAN.BİZ-ə AÇIQLAMASI Idman.biz
28 yanvar 2026, 13:45
- ↺ +

Rafael Petrinin "Gəncə"nin qələbəsi, komandanın məqsədləri və Azərbaycanda voleybolun inkişafı barədə İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan qadın voleybolu üzrə Ali Liqanın onuncu turunun nəticələrinə əsasən, "Gəncə" 14 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Klubun son oyunu ölkənin hazırkı çempionu "Azərreyl"ə qarşı olub və gəncəlilər 3:1 hesabı ilə qələbə qazanıblar.

İdman.Biz-lə söhbətində "Gəncə"nin baş məşqçisi Rafael Petri bildirib ki, bu görüş turnir cədvəlində mövqe baxımından vacib olub: "Komanda əla taktiki intizam və döyüş ruhu nümayiş etdirdi. Xüsusilə vacib məqamlarda oyun planına yaxşı əməl etdik. Bu qələbə özünəinamımız üçün çox önəmlidir, amma biz növbəti oyuna fokuslanmışıq".

Braziliyalı mütəxəssis "Gəncə"nin əsas məqsədini belə izah edib: "Hər oyunda rəqabətqabiliyyətli olmaq və cədvəlin yuxarı pillələri uğrunda mübarizə aparmaq istəyirik. Liqada bir neçə güclü komanda var, buna görə hər rəqib bizim üçün həqiqi rəqibdir".

O əlavə edib ki, Azərbaycandakı liqa hər mövsüm daha peşəkar səviyyəyə yüksəlir. Petri Peru, Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiya kimi ölkələrdə çalışıb. Lakin çempionatları müqayisə etməyib:

"Hər ölkənin öz inkişaf yolu var və Azərbaycan öz inkişaf tarixini yazır. Gələcək inkişaf üçün gənclərə yatırım, məşqçilərin hazırlanması və infrastrukturun yaxşılaşdırılması vacibdir".

Ölkədə voleybolun inkişaf perspektivləri Rafael Petrini Gəncədə işləməyə cəlb edən səbəblərdən biri olub: "Məni klubun layihəsi və ambisiyaları maraqlandırdı. Gəncədə ölkənin ən yaxşı məşq bazalarından biri var. Mən artıq bilirdim ki, Azərbaycanda voleybol inkişaf edir və bu prosesin bir hissəsi olmaq istədim".

Baş məşqçi bildirib ki, Gəncəyə uyğunlaşması qonaqpərvərlik və yerli sakinlərin hörmətli münasibəti sayəsində asan olub:

"Azərbaycanlıların qonaqpərvərliyi və mədəniyyətlərinə olan qüruru məni çox təsirləndirdi. Gəncə - zəngin tarixi olan gözəl şəhərdir və çox səmimi insanları var. Mənə bəzi ənənəvi Avropa şəhərlərini xatırladır, orada idman və cəmiyyət bir-birinə sıx bağlıdır", - deyə o əlavə edib.

Rafael Petrinin fikrincə, komandanın nəticələri yerli sakinləri voleybola cəlb etməyə kömək edir: "Azarkeşlərin "Gəncə"yə marağı artır və onların dəstəyi komandaya əlavə motivasiya verir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Dünən, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Dünən, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Dünən, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Futbol
Dünən, 20:39

Azər Məmmədov: "Kəpəz"in "İmişli"yə qarşı qəhrəmanlığı və futbolçulara etibarım

Oxşar xəbərlər