top
İdmanımız sürətlə inkişaf edir – Fərid Qayıbovun sözləri Sportify.az
Bu gün, 16:45
- ↺ +

"İdmanımız sürətlə inkişaf edir – Fərid Qayıbovun sözləri"

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında beynəlxalq idman, fitnes, sağlamlıq və aktiv həyat tərzi sərgisinin açılış mərasimi baş tutub.

Bizi Instagramda izləİzləBizi Threads-də izləİzləBizi Telegram-da izləİzləBizi Facebook-da izləİzlə

Sportify.az xəbər verir ki, mərasimdən sonra Gənclər və İdman naziri Fərid qayıbov sərgi ilə bağlı filkirlərini bölüşüb:

– Bakı İdman Sarayında beynəlxalq və miqyaslı tədbirlər, dünya və Avropa çempionatları, digər mötəbər yarışlar keçirilib. Böyük idman sərgisinin təşkili də planlaşdırılırdı. Təəssüf ki, regionda baş verən bəzi hadisələrə görə ilin əvvəlində bu tədbir təxirə salındı. Amma inşallah, gələn il ölkəmizdə keçiriləcək. Biz qərara gəldik ki, idman paytaxtı olduğumuz bu ildə ayrıca sərgi təşkil edək. Federasiyalarımız da bu təşəbbüsü maraqla qarşıladılar. Burada idman şirkətləri də təmsil olunur. Əsas məqsədimiz idmanımızın təbliğidir. Çox sevindirici haldır ki, sərgidə çoxlu sayda uşaqlar iştirak edir. Məktəblərdən, universitetlərdən gələnlər, qadınlar, gənclər və müxtəlif yaş kateqoriyalarını təmsil edən insanlar var. Sərgi iki gün davam edəcək. Düşünürəm ki, növbəti dəfə federasiyalarımızın da dəstəyi ilə bunu daha böyük miqyasda təşkil edə bilərik. Son illərdə belə bir sərgi keçirilməmişdi. İnanıram ki, gələcəkdə daha böyük sərgilər təşkil olunacaq. Çünki idmanımız sürətlə inkişaf edir. Özünüz də görürsünüz ki, Azərbaycanda bütün idman növləri uğurla inkişaf etdirilir. Ümumiyyətlə, Azərbaycanda idman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə başçımız bu sahəyə xüsusi önəm verib. Son 30 il ərzində əldə etdiyimiz irəliləyiş və nailiyyətlər də bunun nəticəsidir.

– Bütün stendləri gəzdiniz, hamısına baxdınız. Sizi təəccübləndirən, diqqətinizi çəkən nə oldu? Hansı stendi daha çox bəyəndiniz?

– Çox maraqlı stendlər var idi. Federasiyalarımız çalışırlar ki, bir-birlərindən fərqlənsinlər. İstəməzdim ki, burada onları bir-bir qeyd edim. Yaxşı hal odur ki, federasiyalarımız bir-birinə yaxınlaşır, hamı birlikdə çalışır. Əldə etdiyimiz nəticələr də məhz gücümüzün və birliyimizin göstəricisidir.

– Xüsusi diqqətinizi çəkən nəsə olmadı?

– Oldu, amma qeyd etmək istəmirəm.

Bahar RÜSTƏM

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 16:43

Azərbaycanın boks millisi Daşkənddə keçirilən Dünya Kubokunun final mərhələsində iştirak edəcək

Qarabağ FK
Bu gün, 16:40

Çempionatda liderliyini qoruyan "Neftçi" 3:1 ilə "Araz‑Naxçıvan"ı məğlub etdi

Futbol
Bu gün, 16:40

Avropa klubları 21 yaşlı Fransız qapıçını ələ almağa gələdi

Qarabağ FK
Bu gün, 16:38

Yuri Syomin: Sabah Azərbaycan futbolunu ən yüksək səviyyədə təmsil edir

Futbol
Bu gün, 16:30

Xankəndi 2:0 Zaqatala, Səbail 1:0 Şimal – I Liqa 9-cu tur nəticələri

Futbol
Bu gün, 16:24

İmişlidan səfər qələbəsi

Digər
Bu gün, 16:23

ExpoSport Azərbaycan 2026 sərgisində Alpaqut Federasiyasının milli idman növlərini təbliğ etməsi

Futbol
Bu gün, 16:20

"Arsenal "Sportinq"in müdafiəçisinə "elçi" düşüb"

Futbol
Bu gün, 16:16

"Real" Brahim Dias müqaviləsini uzadı

Olimpiada
Bu gün, 16:10

Səkinə Vəliyeva Avropa Olimpiya Akademiyalarının icra heyətində Azərbaycanı təmsil edəcək

Futbol
Bu gün, 16:07

De Zerbi Uilyams-Barnettin Laminyamal səviyyəsinə yüksələ biləcəyini deyib və topsuz oyonda fəallıq tələb edir

Digər
Bu gün, 16:02

Mark Markes MotoGP-də karyerasını başa vurduğunu açıqladı

Qarabağ FK
Bu gün, 16:00

"Xankəndi stadionunda qələbə ilə qayıdan ilk baş məşqçidən açıqlama"

Futbol
Bu gün, 16:00

Ağasəlim Mircavadov: Bu qarşılaşma 6 xal dəyərindədir

Futbol
Bu gün, 15:58

"Şirvan" PFK baş meneceri: Klubun maliyyə vəziyyətində problem yoxdur, sponsorlarla əməkdaşlıq davam edir

Futbol
Bu gün, 15:54

I Liqada 15 oyunun vaxtları açıqlanıb

Futbol
Bu gün, 15:53

Vinsan Kompani: "Birdə-beş, altı, yeddi qol vuracağımız günlər qayıdacaq"

Formula 1
Bu gün, 15:50

MotoGP üzrə 8 qat dünya çempionu Mark Markes karyerasını başa vurdu

Futbol
Bu gün, 15:50

«Real» Brahim Diasla müqaviləni 2031-ci ilə qədər uzadıb

Futbol
Bu gün, 15:45

Bu, futbol matçı deyil, müharibə idi

Futbol
Bu gün, 15:40

Meksikalı vinger Gilberto Mora - "Liverpul" və "Arsenal" maraqlanır

Futbol
Bu gün, 15:40

Polşalı sabiq futbolçu Puxaça "Barselona" oyunundakı səhbi üzrən sərt tənqid etdi

Futbol
Bu gün, 15:40

"Bavariya" və Kanada millisinin həkimləri Deyvisin zədrinin diaqnozu ilə bağlı fikir ayrılığında

Oxşar xəbərlər