«Real» futbolçusu Brahim Diasla müqaviləni yeniləyib.
QOL.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mərakeşli hücumameyilli yarımmüdafiəçi ilə yeni anlaşmanın müddəti 2031-ci il iyunun 30-na qədərdir.
2019-cu ildə 19 yaşında Madrid klubuna qoşulan Dias indiyədək komandanın heyətində 173 oyun keçirib və 7 titul qazanıb. Bunlara 1 Çempionlar Liqası, 1 Klublararası Dünya Kuboku, 1 UEFA Superkuboku, 2 La Liqa və 2 İspaniya Superkuboku daxildir.