MotoGP üzrə 8 qat dünya çempionu Mark Markes karyerasını başa vurduğunu açıqlayıb.
33 yaşlı ispaniyalı bunu 2026-cı il mövsümünün son mərhələsi olan Valensiya Qran-prisinin ilk sərbəst yürüşü zamanı qeyri-adi şəkildə elan edib. O, kameraya üzərində "MotoGP-də son yarış olacaq" yazılan lövhə göstərib.
Mövsümü çempion kimi başa vuracaq Markesin bu qərarı gözlənilməz olub. Çünki onun "Dukati" ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir və ispaniyalı komandaya 2024-cü ildə qoşulub.