top
Qələbəyə hava‑su kimi ehtiyacımız var idi – Zaur Həşimovun matçdan sonra açıqlamaları Sportify.az
Bu gün, 16:55
- ↺ +

"Qələbəyə hava‑su kimi ehtiyacımız var idi" – Zaur Həşimovun matçdan sonra açıqlamaları

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov səfərdə “İmişli”bi 3:1 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqası XIII tur matçından sona mətbuat konfransı keçirib.

Bizi Instagramda izləİzləBizi Threads-də izləİzləBizi Telegram-da izləİzləBizi Facebook-da izləİzlə

Sportify.az xəbər verir ki, 45 yaşlı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– İlk növbədə qeyd edim ki, qələbəyə hava-su kimi ehtiyacımız var idi. Futbolçular sağ olsunlar, əllərindən gələni etdilər, hətta bacarıqlarından da artığını ortaya qoydular ki, bu oyunda qalib gələk. Şükürlər olsun ki, üç xal qazana bildik. Ümumilikdə, qarşılaşma gərgin keçdi. İlk hissədə müəyyən üstünlüyümüz var idi və bunu hesabda da əks etdirə bildik. Təəssüf ki, standart vəziyyətdən yenə qol buraxdıq. İkinci hissədə də futbolçular mübarizə apardılar, üçüncü qolu vuraraq qələbə qazandıq.

– Sizcə, bu gün həlledici olan nə idi? Əvvəlki oyunlarda çatışmayan hansı məqam bu dəfə özünü göstərdi?

– Fikrimcə, müdafiədə minimum səhvlərə yol verdik. Əlbəttə, bundan əvvəl də iki qol vurduğumuz oyunlar olmuşdu. Bu dəfə isə üç qol vurmağı bacardıq. Futbolçuların həddindən artıq canfəşanlığı və meydanda göstərdikləri xarakter qələbə qazanmağımızda böyük rol oynadı.

– Uzun illərdir futboldasınız. U-19 millisinin baş məşqçisi ilə bağlı gələcəkdə müxtəlif müzakirələrin aparılması gözləniləndir. Rəhbərliyin mövqeyini nə dərəcədə hiss edirsiniz?

– Bu oyundan əvvəl toplantımız oldu. Əslində, belə görüşlərimiz mütəmadi keçirilir. Əfran İsmayılov da görüşlərdə iştirak edir. Vəziyyəti, mövcud durumu və bu çətinlikdən birlikdə necə çıxacağımızı müzakirə edirik. Son görüşdə də rəhbərlik öz dəstəyini ifadə etdi, arxamızda olduqlarını bildirdi. Yolumuza davam etməyimizi istədilər. Hətta mənimlə bağlı hər hansı müzakirə də aparılmadı. Qərara gəlindi ki, rəhbərlik tərəfindən nəticələrimizin yaxşılaşması üçün nə lazımdırsa, artıqlaması ilə edilsin.

– Musa Quel komandaya gözləniləndən daha tez uyğunlaşdı. Onu kollektivin əsas liderlərindən biri hesab etmək olarmı?

– Bəli, Musa sözsüz ki, bizim əsas oyunçularımızdan və liderlərimizdən biridir. Hətta onu ehtiyac olduqda həm vinger, həm də mərkəzdə səkkiz nömrə mövqeyində oynadırıq. Son oyunlarda da mərkəzdə çıxış edir və komandaya böyük fayda verir. Konkret deyə bilərəm ki, o, liderlərimizdən biridir.

– Qarşıda sizi "Neftçi", "Sabah" və "Qarabağ"la üç ağır oyun gözləyir. Komandanı bu çətin mərhələdə nələr gözləyir və həmin qarşılaşmalara necə hazırlaşacaqsınız?

– Bu üç oyunda da əsas amil xarakter olacaq. Bilirsiniz ki, müasir futbolda ilk növbədə xarakter böyük rol oynayır. Futbolçular yenə mübarizə aparacaq, öz xarakterlərini göstərəcəklər. Əlimizdən gələni edəcəyik ki, həmin üç qarşılaşmada da xal qazana bilək.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Neftçi‑nin Zirə‑yə qarşı uzun müddət ərzindəki qalibiyyəti – son qələbədən 1 il 9 ay keçib

Formula 1
Bu gün, 16:53

Audi Qətərdə rəqiblərindən fərqli texniki yeniliklərlə çıxış etdi

Digər
Bu gün, 16:45

"İdmanımız sürətlə inkişaf edir – Fərid Qayıbovun sözləri"

Boks
Bu gün, 16:43

Azərbaycanın boks millisi Daşkənddə keçirilən Dünya Kubokunun final mərhələsində iştirak edəcək

Qarabağ FK
Bu gün, 16:40

Çempionatda liderliyini qoruyan "Neftçi" 3:1 ilə "Araz‑Naxçıvan"ı məğlub etdi

Futbol
Bu gün, 16:40

Avropa klubları 21 yaşlı Fransız qapıçını ələ almağa gələdi

Qarabağ FK
Bu gün, 16:38

Yuri Syomin: Sabah Azərbaycan futbolunu ən yüksək səviyyədə təmsil edir

Futbol
Bu gün, 16:30

Xankəndi 2:0 Zaqatala, Səbail 1:0 Şimal – I Liqa 9-cu tur nəticələri

Futbol
Bu gün, 16:24

İmişlidan səfər qələbəsi

Digər
Bu gün, 16:23

ExpoSport Azərbaycan 2026 sərgisində Alpaqut Federasiyasının milli idman növlərini təbliğ etməsi

Futbol
Bu gün, 16:20

"Arsenal "Sportinq"in müdafiəçisinə "elçi" düşüb"

Futbol
Bu gün, 16:16

"Real" Brahim Dias müqaviləsini uzadı

Olimpiada
Bu gün, 16:10

Səkinə Vəliyeva Avropa Olimpiya Akademiyalarının icra heyətində Azərbaycanı təmsil edəcək

Futbol
Bu gün, 16:07

De Zerbi Uilyams-Barnettin Laminyamal səviyyəsinə yüksələ biləcəyini deyib və topsuz oyonda fəallıq tələb edir

Digər
Bu gün, 16:02

Mark Markes MotoGP-də karyerasını başa vurduğunu açıqladı

Qarabağ FK
Bu gün, 16:00

"Xankəndi stadionunda qələbə ilə qayıdan ilk baş məşqçidən açıqlama"

Futbol
Bu gün, 16:00

Ağasəlim Mircavadov: Bu qarşılaşma 6 xal dəyərindədir

Futbol
Bu gün, 15:58

"Şirvan" PFK baş meneceri: Klubun maliyyə vəziyyətində problem yoxdur, sponsorlarla əməkdaşlıq davam edir

Futbol
Bu gün, 15:54

I Liqada 15 oyunun vaxtları açıqlanıb

Futbol
Bu gün, 15:53

Vinsan Kompani: "Birdə-beş, altı, yeddi qol vuracağımız günlər qayıdacaq"

Formula 1
Bu gün, 15:50

MotoGP üzrə 8 qat dünya çempionu Mark Markes karyerasını başa vurdu

Futbol
Bu gün, 15:50

«Real» Brahim Diasla müqaviləni 2031-ci ilə qədər uzadıb

Futbol
Bu gün, 15:45

Bu, futbol matçı deyil, müharibə idi

Oxşar xəbərlər