top
Vinsan Kompani: Idman.biz
Bu gün, 15:53
- ↺ +

Vinsan Kompani:

Almaniyanın "Bavariya" futbol komandasının belçikalı baş məşqçisi Vensan Kompani komandadakı kadr problemləri və qarşıdakı oyunlarla bağlı açıqlama verib.

İdman.Biz "Kicker"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi hücum xəttində ciddi itkilərə baxmayaraq, sıx oyun təqvimi səbəbindən mübarizəsini davam etdirmək məcburiyyətindədir.

UEFA Çempionlar Liqasının liqa mərhələsində beş qarşılaşmadan səkkiz xal toplayan "Bavariya" Almaniya kubokunda ikinci Bundesliqanın lideri "Herta" ilə qarşılaşacaq. Bundesliqada isə artıq dörd dəfə heç-heçə edən Münhen təmsilçisi turnir cədvəlinin zirvəsindən uzaq düşüb.

Komandanın hücum xəttindəki problemlər son qarşılaşmalarda da özünü göstərib. "Bavariya" "Köln"lə görüşdə rəqib qapısına cəmi bir dəqiq zərbə endirib, "Lill"lə qarşılaşmanın ikinci hissəsində isə qol imkanı yarada bilməyib.

Maraqlıdır ki, Münhen təmsilçisi Bundesliqada 97 qol imkanı yaradaraq bu göstəricidə bütün rəqiblərini qabaqlasa da, ən çox qol vuran komanda "Leypsiq"dir.

Kompani isə komandasının tezliklə əvvəlki məhsuldarlığını bərpa edəcəyinə inanır:

"Yenidən sürətimizi artıracağımız dövr gələcək. Bir oyunda beş, altı, yeddi qol vuracağımız günlər qayıdacaq. O zaman bəzi komandaların bəxti gətirməyəcək. Amma hazırda mübarizə aparmalıyıq. Nəyin bahasına olursa-olsun, istədiyimiz nəticəni əldə etməliyik".

"Hamburq"la qarşılaşmada Harri Keyn, Maykl Olise və Serj Qnabri kimi aparıcı futbolçuların xidmətindən istifadə edə bilməyəcək belçikalı mütəxəssis komanda oyununa güvəndiyini bildirib:

"Superulduzlar olmayanda yalnız bir superulduzun qalır - komanda. Mənim indiki superulduzum komandamdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

Ağasəlim Mircavadov: Bu qarşılaşma 6 xal dəyərindədir

Futbol
Bu gün, 15:54

I Liqada 15 oyunun vaxtları açıqlanıb

Formula 1
Bu gün, 15:50

MotoGP üzrə 8 qat dünya çempionu Mark Markes karyerasını başa vurdu

Futbol
Bu gün, 15:45

Bu, futbol matçı deyil, müharibə idi

Futbol
Bu gün, 15:40

Meksikalı vinger Gilberto Mora - "Liverpul" və "Arsenal" maraqlanır

Futbol
Bu gün, 15:40

Polşalı sabiq futbolçu Puxaça "Barselona" oyunundakı səhbi üzrən sərt tənqid etdi

Futbol
Bu gün, 15:40

"Bavariya" və Kanada millisinin həkimləri Deyvisin zədrinin diaqnozu ilə bağlı fikir ayrılığında

Digər
Bu gün, 15:31

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan-Birləşmiş Krallıq Məzunları Assosiasiyasının üzvləri ilə görüşüb

Voleybol
Bu gün, 15:26

"Turan" CEV Çempionlar Liqasında İstanbulda "Eczacıbaşı Peron"a qarşı çətin matça çıxacaq

Futbol
Bu gün, 15:23

Bundesliqada 11-ci tur: Dortmund "Borussiya" liderliyini qoruyur, "Bavariya" isə Keynsiz Hamburqa yollanır

Futbol
Bu gün, 15:20

La Liqada noyabr ayının "Ayın oyunçusu" mükafatına namizədlər açıqlanıb

Digər
Bu gün, 15:13

Azərbaycanlı atçıl Aydın Əlibəyov Moskva

Futbol
Bu gün, 15:10

ABŞ Konqresi FIFA-nın uğursuz "Forward Enterprise" layihəsi ilə bağlı araşdırmanı aktiv mərhələyə keçirib

Futbol
Bu gün, 15:08

Braziliyalı tanınmış futbolçu Juari 67 yaşında dünyasını dəyişib

Futbol
Bu gün, 15:08

36 yaşlı Voytsex Şensnı mövsümün sonunda peşəkar karyerasına yekun vura bilər

Futbol
Bu gün, 15:05

"Çelsi", "Tottenhem" və "Fulhem" Sael Kembedi ilə maraqlanırlar

Futbol
Bu gün, 15:03

La Liqada noyabr ayının ən yaxşı məşqçisi adına Mourinyo, Flik və Xose Alberto namizəd görülür

Qarabağ FK
Bu gün, 15:00

Amit Quluzadənin sözlərinə görə, Neftçi Sabah və Qarabağ qədər əzəmətli deyil

Futbol
Bu gün, 14:53

Füzuli Məmmədov: "Şahdağ Qusar"ın qəbusündəki meydan bərbad vəziyyətdədir, orada futbol oynamaq mümkün deyil"

Futbol
Bu gün, 14:52

Zinəddin Zidan haqqında bioqrafik film çəkilişləri 2027-ci ildə Marselda başlayacaq

Futbol
Bu gün, 14:50

"Rakov" "Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirovu transfer etmək istəyir

Futbol
Bu gün, 14:38

İstanbul derbisi və "Trabzonspor"un liderlik təqibi — Türkiyə Superliqası 13-cü turun icmali

Qarabağ FK
Bu gün, 14:38

Gəncədə Kəpəz – Qarabağ qarşılaşması: azarkeş rekordları, bayram atmosferi və gərgin mübarizə – VİDEO

Oxşar xəbərlər