top
Mateus Arauxо: Azərbaycan voleybol liqası sürətlə inkişaf edir Idman.biz
15 dekabr 2025, 16:09
- ↺ +

Mateus Arauxо: "Azərbaycan voleybol liqası sürətlə inkişaf edir"

Azərbaycan voleybol klubu "Ordu" çempionatın altı turundan sonra üçüncü pillədə qərarlaşıb. Sezonun əvvəlində iki məğlubiyyətdən sonra komanda ardıcıl dörd qələbə qazanıb. "Hərbçilər" mövsümün əvvəlində heyəti xeyli gücləndirib və yeni transferlərdən biri də braziliyalı Mateus Arauxо olub. O, İdman.Biz-in suallarını cavablandırıb.

- Klubun mövsümün əvvəlindəki çıxışından nə dərəcədə razısınız?

- Çempionatın startını çox müsbət qiymətləndirirəm. Komanda yaxşı hazırlaşıb, meydançada tez uyğunlaşdıq və ilk oyunlardan xarakter nümayiş etdirdik. Əlbəttə, üzərində işləməli olduğumuz məqamlar var, lakin ümumilikdə "Ordu"nun liqadakı çıxışı sevindiricidir.

- Dörd oyundan ibarət qələbə seriyasını nəzərə alsaq, "Ordu" mükafatlar uğrunda mübarizəyə qoşulmağı hədəfləyir?

- Şübhəsiz. Ambisiyalarımızı gizlətmirik. Qələbələr bizə əlavə inam verir və indi əsas məsələ konsentrasiyanı qorumaqdır. Qarşıda uzun mövsüm var, lakin biz ən yüksək yerlər uğrunda mübarizə aparmaq və bunu hər oyunda sübut etmək istəyirik.

- Siz artıq ikinci ildir Azərbaycanda çıxış edirsiniz, bundan əvvəl "Neftçi"nin formasını geyinmisiniz. Çempionatın səviyyəsini necə dəyərləndirirsiniz?

- Liqa çox yaxşı sürətlə inkişaf edir. Burada kifayət qədər güclü legionerlər, istedadlı yerli oyunçular və yüksək təşkilati səviyyə var. İlk mövsümlə müqayisədə irəliləyiş açıq-aşkar görünür və bu, çempionatı daha rəqabətli və maraqlı edir.

- Bakıda sevdiyiniz yerlər varmı?

- Bəli, Bakı şəhərini çox sevirəm. Bulvar boyunca gəzməkdən, İçərişəhərə baş çəkməkdən zövq alıram. Orada xüsusi ab-hava, tarix və memarlıq var. Yerli mətbəx də çox xoşuma gəlir – həm zəngin, həm də çox dadlıdır.

- Komandada sizinlə yanaşı daha iki braziliyalı çıxış edir. Bu amil uyğunlaşmanı asanlaşdırır?

- Əlbəttə. Eyni dildə danışmağımız həm meydançada, həm də gündəlik həyatda bir-birimizi daha yaxşı başa düşməyimizə kömək edir. Çətin anlarda qərarları daha tez vermək mümkün olur. Amma onu da vurğulamaq istərdim ki, ümumilikdə komandada çox yaxşı qarşılıqlı anlaşma var.

- Siz Braziliya, Qətər, Livan, Yunanıstan, Portuqaliya liqalarında çıxış etmisiniz, Litvada isə çempionatın ən yaxşı diaqonal hücumçusu seçilmisiniz. "Ordu"da da bombardirlik uğurlarınızı davam etdirməyi düşünürsünüz?

- Fərdi mükafatlar xoşdur, amma mənim üçün hər zaman əsas olan komandanın nəticəsidir. Əgər topladığım xallar və oyunum "Ordu"nun qələbələrinə və titullar uğrunda mübarizəsinə töhfə verirsə, deməli, hər şey düzgün gedir. Maksimumumu ortaya qoymağa çalışıram və ümid edirəm ki, bu mövsüm həm mənim, həm də klub üçün uğurlu olacaq.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Oxşar xəbərlər