top
Marqarita Stepanenko UNEC-də oynayacaq: Müsahibə Idman.biz
14 avqust 2025, 15:52
- ↺ +

Marqarita Stepanenko UNEC-də oynayacaq: Müsahibə

Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko kifayət qədər rəngarəng karyera yaşayıb. O, müxtəlif illərdə Polşa, Türkiyə, Rusiya, Macarıstan və İsrail çempionatlarında çıxış etdikdən sonra Bakıya qayıdıb və yeni mövsümü UNEC-də keçirəcək.

İdman.biz-ə müsahibəsində Stepanenko yeni motivasiyası, Avropa çempionatından gözləntiləri və keçmiş illərin parlaq anları barədə danışıb.

- İsrailin "Makkabi Aşdod" klubunda mövsümü çempion kimi başa vurmusunuz, amma ayağınızın zədələnməsi səbəbindən Avropa Qızıl Liqasında milli komandaya qoşula bilmədiniz. Birinci sualım da bununla bağlıdır - zədəniz sağalıbmı?

- Bəli, mövsümü İsraildə keçirdim, finalın son oyununda ayağım burxuldu. Nəticədə bağlar qırıldı, Bakıya qayıtdım və sağalmağım üçün bir ay yarım çəkdi. Başlanğıcda necə reaksiya verəcəyimi bilmirdim, çünki bu, karyeramdakı ilk belə zədə idi. İndi isə hər şey qaydasındadır və özümü yaxşı hiss edirəm. Trenajor zalında məşq edirəm və mövsümə hazırlaşıram.

- Bakıda mövsümlərarası fasilə necə keçdi? İstirahət və enerji toplamaq mümkün oldu?

- Deyə bilərəm ki, əla keçdi. Özümə, ailəmə və digər məsələlərə kifayət qədər vaxt ayırdım. Bu müddəti faydalı keçirdim. İndi Bakıdayam və forma yığmağa çalışıram.

- Azərbaycanın da evsahibliyi edəcəyi Avropa çempionatının seçmə mərhələ başa çatıb. Qarşıdakı turnirdən gözləntiləriniz necədir?

- İndi əsas həyəcan və gözləntilər yeni mövsümlə bağlıdır. Bu suala isə Avropa çempionatına hazırlıq başladıqda daha dolğun cavab verə bilərəm. Ancaq evdə keçiriləcək turnirdən böyük gözləntilərim var – əvvəlki formanı qaytarmaq, keyfiyyətli oyun nümayiş etdirmək və azarkeşləri sevindirmək istəyirik. 2017-ci ildə Bakıda keçirilən Avropa çempionatı möhtəşəm təşkilatçılıqla yadda qalıb, komanda isə dördüncü yeri tutmuşdu. İnanıram ki, gələn il də nəticə zəif olmayacaq.

- Millimiz hazırda Avropa voleybolunun elitasında deyil, amma evdə oynamaq üstünlükdür. Turnirdə nə qədər irəliləyə bilərsiniz?

- Əvvəlcə püşkü gözləmək və kimlərlə eyni qrupda oynayacağımıza baxmaq lazımdır. Yaxşı hazırlaşsaq və ən güclü oyunçular heyətdə olsalar, uğur qazana bilərik. Evdə oynamağımız bizə kömək etməlidir.

- Keçən mövsümün ən yaddaqalan anları nə olub?

- Təbii ki, "Makkabi Aşdod"la İsrail çempionluğunu qazanmaq. Finalda ölkə kubokunun həlledici matçında 2:3 hesabı ilə uduzduğumuz "Hapoel Kfar Saba" ilə qarşılaşdıq. Buna görə finala çox motivasiyalı çıxmışdıq və final seriyasını 3:0 ilə qazanmaq çox yaddaqalan oldu.

- Karyeranızı harada davam etdirəcəyinizə qərar vermisiniz?

- Bəli, Azərbaycana qayıtmışam. Bakıda UNEC-də oynayacağam. Klubdan təklif aldım və onlara qoşulmağıma çox şadam. Peşəkar yanaşma hiss etdim və UNEC-də olmaqdan məmnunam.

- Yunanıstan, Macarıstan, Polşa, Rusiya və Azərbaycanda oynamısınız. Karyeranızın hansı dövrü ən çox yaddaqalandır?

- Təbii ki, Yunanıstan çempionatı - onda bir mövsümdə "Panatinaikos"la həm milli liqa, həm də ölkə kubokunu qazandıq. 13 ildən sonra klub iki kubok qazandı və azarkeş dəstəyi inanılmaz idi. Həmçinin Rusiya liqasında "Minçanka"nın heyətində oynadığım vaxtları da xatırlayıram. Onda komanda ilk dəfə ilk 6-lığa düşdü və yekunda beşinci yeri tutdu. Bu həm "Minçanka", həm də mənim karyeramda əlamətdar hadisə oldu.

- Yeni mövsüm üçün məqsədləriniz nədir?

- Mən gənc UNEC komandası ilə müqavilə bağlamışam və onların böyük ambisiyaları var. Onları komanda ilə birlikdə həyata keçirmək, yaxşı və keyfiyyətli oyun göstərmək istəyirəm. Səkkiz ildən sonra Azərbaycan voleyboluna, öz ölkəmə qayıtdığım üçün yaxşı nəticələr əldə etmək arzusundayam.

Zəki Feyzullaev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Futbol
Bu gün, 19:24

Xristo Stoiçkov Bakıya gəlib və 120 uşaq arasında FIFA-nın “Boots for All” festivalında iştirak edib

Cüdo
Bu gün, 19:20

Balabəy Ağayev BƏƏ-də “Böyük Dəbilqə” turnirində qızıl medala yiyələndi

Digər
Bu gün, 18:59

"Mançester Yunayted"in hücumçusu üçün 2026-cı il erkən başa çatdı

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Cüdo
Bu gün, 18:41

Könül Əliyeva 'Böyük Dəbilqə' turnirində qızıl medal qazanan ilk Azərbaycan qadın cüdoçusu oldu

Futbol
Bu gün, 18:31

Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir

Futbol
Bu gün, 18:25

Cristiano Ronaldo tarixən Qızıl Top səsverməsindəki qələbəsinə reaksiyası

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Futbol
Bu gün, 18:00

Fransa 2026/27 UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyir

Futbol
Bu gün, 18:00

İngiltərə millisinin və "Əl-Əhli"nin futbolçusu İvan Toni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

Qarabağ FK
Bu gün, 17:55

Rusiyanın sabiq futbolçusu Dmitri Yefremov: “Sabah” çempionlar liqasında “Barselona”ya qalib gələ bilər, məğlubedilməz komanda yoxdur” - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:51

Harri Keyn 1 xalla Kilian Mbappenin üstün gələrək 2026-cı il "Qızıl top" mükafatını qazandı

Futbol
Bu gün, 17:49

Tevez açıqladı: Man City-ya keçidim Sir Alex Fergusondan qisas üçün

Futbol
Bu gün, 17:45

Hacıağa Hacılı: “Oyunumuz çətin keçdi, bərpa olmalı və Araz Naxçıvanla görüşməliyik”

Qarabağ FK
Bu gün, 17:42

Elvin Cəfərquliyev noyabrda Qarabağla yenidən yaşıl meydanlara qayıdacaq

Futbol
Bu gün, 17:23

Hansi Flik “Barselona”nın futbolçuları ilə ardıcıl məğlubiyyətlərdən sonra kabab gecəsi keçirərək komanda münasibətlərini bərpa edib

Futbol
Bu gün, 17:04

Radomyak yarımmüdafiəçisi İbrahima Kamaraya ağır cəza: 6 ay diskvalifikasiya və 50 min zloti cərimə

Futbol
Bu gün, 17:03

Bakıda keçirilən U-15 dünya çempionatında komanda səsverməsi ilə müəyyən olunan üç xüsusi mükafat təqdim olunacaq

Oxşar xəbərlər