top
Gəncə Voleybol Klubunun Prezidenti: Yeni Mövsüm, Hədəflər və Bölgədə Voleybolun İnkişafı Idman.biz
22 avqust 2025, 15:41
- ↺ +

"Gəncə" Voleybol Klubunun Prezidenti: Yeni Mövsüm, Hədəflər və Bölgədə Voleybolun İnkişafı

Qadın voleybolçulardan ibarət "Gəncə" klubunun prezidenti Elvar Osmanovun AZƏRTAC-a müsahibəsi

- Komandanız yeni mövsümə necə hazırlaşır?

- "Gəncə" voleybol klubunu müasir yanaşma ilə məqsədyönlü formalaşdırmışıq. Heyətimizə yeni oyunçular transfer etmişik. İstəyirik ki, medalımız olsun. Keçən il komandamız Azərbaycan Kubokunun gümüş mükafatçısı oldu. Qar voleybolunda isə üçüncü yeri tutduq. Amma əsas məqsədimiz Azərbaycan çempionatında medal qazanmaq idi. Təəssüf ki, medalımız olmadı, amma bu, bizi daha da gücləndirir. Ötən mövsümə çox yaxşı hazırlaşmışdıq. Müəyyən səbəblərə görə 4-cü yeri tuta bildik. İnanıram ki, bu mövsüm ən yaxşı çıxışımızı göstərəcəyik. İkiqat Olimpiya iştirakçısı, Asiya Oyunlarının qalibi keniyalı Şeron Çepçumbanı transfer etmişik. Bu il həm Azərbaycan voleybolunda, həm də Gəncəmizdə uğurlarımız olsun, maraqlı oyunlar izləyək. Yaxşı oyun göstərəcəyimizə inanırıq. Bilirsiniz ki, artıq komanda sayı artıb. Çalışacağıq ki, Gəncənin adını həm bölgədə, həm də ölkə miqyasında layiqincə təmsil edək.

- Heyətdə Gəncə voleybol məktəbinin yetirməsini görürük. Bu sahədə başqa hansı işlər aparılır?

- "Gəncə" Regional Voleybol Klubu tərəfindən bu sahədə böyük və yüksək səviyyədə işlər aparılır. Bildiyimiz kimi, Azərbaycan Voleybol Federasiyasının ən böyük planlarından biri də bölgələrdə bu idman növünün inkişafını təmin etməkdir. Artıq 9 regional klub fəaliyyət göstərir. Bu klublar regionda ciddi işlər görür və uğurlar qazanır. Daşkəsən regionu bu il uşaqlar arasında Azərbaycan çempionu oldu. İlk dəfə idi ki, uşaqlar arasında ölkə çempionatı keçirilirdi.

- Gəncədə hazırda voleybola maraq necədir?

- Artıq görürlər ki, böyük komanda formalaşıb və inkişaf edir. Ona görə də valideynlər övladlarını bu idman növünə yönəldirlər. Məncə, qızlar üçün ən yaxşı idman növü məhz voleyboldur. Bildiyiniz kimi, Çində də buna bənzər yanaşma var — idman edən xanımlarda bədxassəli xəstəliklərə rast gəlinmir. Üç idman növü var ki, onlarla məşğul olan xanımlar xərçəng xəstəliyinə tutulmurlar. Bunlar voleybol, üzgüçülük və velosiped idmanıdır. Voleybol həm qadınların inkişafına, həm də milli dəyərlərə xidmət edən növlərdən biridir.

- "Gəncə"nin bu mövsüm liqadakı əsas rəqibi kim olacaq?

- Bu il bütün komandalar güclüdür. Zəif komanda demək olar ki, yoxdur. Kimin zəif və güclü olduğunu meydanda görəcəyik.

- Azərbaycan voleybolunun hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Azərbaycan voleybolunda inkişaf nəzərə çarpır. Uşaq voleybolu yalnız paytaxtda deyil, regionlarda da inkişaf edir. Həm qızlar, həm oğlanlar arasında bu idman növünə maraq böyükdür. Federasiyanın da tapşırığı əsasında regionlarda seleksiya işləri aparılır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:24

Xristo Stoiçkov Bakıya gəlib və 120 uşaq arasında FIFA-nın “Boots for All” festivalında iştirak edib

Cüdo
Bu gün, 19:20

Balabəy Ağayev BƏƏ-də “Böyük Dəbilqə” turnirində qızıl medala yiyələndi

Digər
Bu gün, 18:59

"Mançester Yunayted"in hücumçusu üçün 2026-cı il erkən başa çatdı

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Cüdo
Bu gün, 18:41

Könül Əliyeva 'Böyük Dəbilqə' turnirində qızıl medal qazanan ilk Azərbaycan qadın cüdoçusu oldu

Futbol
Bu gün, 18:31

Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir

Futbol
Bu gün, 18:25

Cristiano Ronaldo tarixən Qızıl Top səsverməsindəki qələbəsinə reaksiyası

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Futbol
Bu gün, 18:00

Fransa 2026/27 UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyir

Futbol
Bu gün, 18:00

İngiltərə millisinin və "Əl-Əhli"nin futbolçusu İvan Toni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

Qarabağ FK
Bu gün, 17:55

Rusiyanın sabiq futbolçusu Dmitri Yefremov: “Sabah” çempionlar liqasında “Barselona”ya qalib gələ bilər, məğlubedilməz komanda yoxdur” - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:51

Harri Keyn 1 xalla Kilian Mbappenin üstün gələrək 2026-cı il "Qızıl top" mükafatını qazandı

Futbol
Bu gün, 17:49

Tevez açıqladı: Man City-ya keçidim Sir Alex Fergusondan qisas üçün

Futbol
Bu gün, 17:45

Hacıağa Hacılı: “Oyunumuz çətin keçdi, bərpa olmalı və Araz Naxçıvanla görüşməliyik”

Qarabağ FK
Bu gün, 17:42

Elvin Cəfərquliyev noyabrda Qarabağla yenidən yaşıl meydanlara qayıdacaq

Futbol
Bu gün, 17:23

Hansi Flik “Barselona”nın futbolçuları ilə ardıcıl məğlubiyyətlərdən sonra kabab gecəsi keçirərək komanda münasibətlərini bərpa edib

Futbol
Bu gün, 17:04

Radomyak yarımmüdafiəçisi İbrahima Kamaraya ağır cəza: 6 ay diskvalifikasiya və 50 min zloti cərimə

Futbol
Bu gün, 17:03

Bakıda keçirilən U-15 dünya çempionatında komanda səsverməsi ilə müəyyən olunan üç xüsusi mükafat təqdim olunacaq

Futbol
Bu gün, 17:00

İlham Yadullayev: 1:9 məğlubiyyətimiz klub tarixində qara hərflərlə yazıldı

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Qarabağ FK
Bu gün, 16:46

Azərbaycan Kubokunun 1/8 final cütləri müəyyənləşib – Oyunlar 1‑2 dekabrda keçiriləcək

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Oxşar xəbərlər