Azərbaycanın 17 yaşadək oğlan voleybolçulardan ibarət millisi III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Gürcüstanda davam etdirəcək.
Bu barədə "Report"a Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Komandamız bu məqsədlə Tbilisi şəhərinə yola düşüb. Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma Gürcüstanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.
Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.