top
Azərbaycan Həndbol Federasiyası: Komandalarımızın təcrübəsi az olduğuna görə xatirə turnirində yüksək yerlər tuta bilmədilər Report.az
05 sentyabr 2025, 13:40
- ↺ +

Azərbaycan Həndbol Federasiyası: Komandalarımızın təcrübəsi az olduğuna görə xatirə turnirində yüksək yerlər tuta bilmədilər

Ulu Öndər Heydər Əliyevin xatirə turnirində Azərbaycan komandalarının zəif nəticə göstərməsinin səbəbi təcrübəsizlik olub.

Bunu "Report"a açıqlamasında Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov deyib.

Qurum rəsmisi Azərbaycanda keçirilən Ulu Öndər Heyər Əliyevin xatirəsinə həsr olunmuş yarışın nəticələrini dəyərləndirib:

"Komandalarımızın təcrübəsi çox olsaydı, daha yüksək yerləri tutardılar. Bura gələn komandaların səviyyəsi, hazırlıq sistemi fərqlidir. Onlar Asiya Kubokuna hazırlaşırlar. Ona görə də Azərbaycana gələn zaman hazırlıqları yüksək səviyyədə olur. Məsələn, Özbəkistan Rusiyada turnirdə iştirak edirdi və oradan gəlib. Bu komandalar hazırlığa daha tez başlayıblar. Əlbəttə, Avropa səviyyəsini nəzərə alsaq, zəifik. Amma ötən il "Kür" komandası bir məhələ keçmişdi. Həmin vaxt heyətdə legionerlərin sayı çox idi. İndi isə azaltmışıq. Bizim üçün ən vacibi azərbaycanlı həndbolçuların inkişafıdır. Avropa və ya dünya səviyyəli yarışlarda iştirak etmirik deyə, millidə yüksək səviyyəli həndbolçularımız yoxdur. Olanlar da 35-40 yaşlarındadır. Yəni karyeralarının sonuna yaxınlaşırlar. Bizə gənc həndbolçular lazımdır. Bu məqsədlə regionlarda da həndbolu inkişaf etdirməyə çalışırıq. Əvvəlki illərə baxanda yerli həndbolçuların sayı artıb. Bu artıq nailiyyətdir".

O, Azərbaycanda həndbola marağın artdığını vurğulayıb:

"Həndbola maraq artır. Bir çox regionlardan müraciətlər, məşqçilik etmək istəyənlər var. Zəif tərəfimiz budur ki, məşqçilərin və idmançıların sayı azdır. İdman məktəblərində demək olar həndbol yoxdur. Gənclər və İdman Nazirliyi ilə birgə Azərbaycanın regionlarında həndbolu inkişaf etdirməyə çalışırıq. Üç ilə əvvəl Mingəçevirin komandası yox idi. İndi isə Lənkəranda, Qazaxda, Gəncədə, Göygöldə, Cəlilabadda komandalar fəaliyyət göstərir".

İ.Əsgərov növbəti illərdə də Azərbaycanda beynəlxalq yarışlar təşkil etmək istədiklərini deyib:

"Ardıcıl üçüncü ildir bu yarışı keçiririk. İlk iki turnirdə qadınlar iştirak edib. Bu il ilk dəfə kişilər oynadı. Bizim daxili yarışlarımız sentyabrda başlayır, mayda bitir. Hər il ən azı 4 klubumuz avrokuboklarda iştirak edir. Avrokubok oyunları isə sentyabrda start götürür. Klublar yarışlara hazır olmaq üçün təlim-məşq toplanışları ilə yanaşı, oyunlarda da iştirak etməlidir. Turnirin keçirilməsində məqsəd ilk növbədə komandaların beynəlxalq yarışlara daha yaxşı hazırlaşa bilməsidir. Gələckdə Azərbaycanda yenə beynəlxalq yarışlar təşkil etmək istəyirik. Məqsədimiz budur ki, Ulu Öndər Heydər Əliyevin xatirə turnirini qadınlardan ibarət komandalar arasında ənənəvi edək. Çünki bu komandalarımız avrokuboklarda oynayırlar. Kişilər üçün də turnir nəzərdə tutmuşuq. Mərhum məşqçimiz Hikmət Abdullayevin xatirəsinə turnir keçirmək istəyirik. Həmçinin bunu da ənənəvi etmək niyyətindəyik".

Qeyd edək ki, xatirə turnirinin qalibi finalda Qazaxıstan millisini məğlub edən Özbəkistanın OKMK komandası olub. Azərbaycanın "Bakı" və "Kür" komandaları yarımfinalda mübarizəni dayandırıblar. Digər təmsilçimiz "Qarabağ" isə qrupdan çıxa bilməyib.

həndbol ulu öndər Beynəlxalq turnir Azərbaycan Həndbol Federasiyası
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:31

Arsen Venger Bakıdakı dünya çempionatından danışdı: “Hər şey mükəmməl işləyir”

Digər
Bu gün, 18:25

Kriştianu Ronaldu tarixi səsvermədəki qələbəsinə reaksiya verdi

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Futbol
Bu gün, 18:00

Fransa 2026/27 UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyir

Futbol
Bu gün, 18:00

İngiltərə millisinin və "Əl-Əhli"nin futbolçusu İvan Toni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

Qarabağ FK
Bu gün, 17:55

Rusiyanın sabiq futbolçusu Dmitri Yefremov: “Sabah” çempionlar liqasında “Barselona”ya qalib gələ bilər, məğlubedilməz komanda yoxdur” - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:51

Harri Keyn 1 xalla Kilian Mbappenin üstün gələrək 2026-cı il "Qızıl top" mükafatını qazandı

Futbol
Bu gün, 17:49

Tevez açıqladı: Man City-ya keçidim Sir Alex Fergusondan qisas üçün

Futbol
Bu gün, 17:45

Hacıağa Hacılı: “Oyunumuz çətin keçdi, bərpa olmalı və Araz Naxçıvanla görüşməliyik”

Qarabağ FK
Bu gün, 17:42

Elvin Cəfərquliyev noyabrda Qarabağla yenidən yaşıl meydanlara qayıdacaq

Futbol
Bu gün, 17:23

Hansi Flik “Barselona”nın futbolçuları ilə ardıcıl məğlubiyyətlərdən sonra kabab gecəsi keçirərək komanda münasibətlərini bərpa edib

Futbol
Bu gün, 17:04

Radomyak yarımmüdafiəçisi İbrahima Kamaraya ağır cəza: 6 ay diskvalifikasiya və 50 min zloti cərimə

Futbol
Bu gün, 17:03

Bakıda keçirilən U-15 dünya çempionatında komanda səsverməsi ilə müəyyən olunan üç xüsusi mükafat təqdim olunacaq

Futbol
Bu gün, 17:00

İlham Yadullayev: 1:9 məğlubiyyətimiz klub tarixində qara hərflərlə yazıldı

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Qarabağ FK
Bu gün, 16:46

Azərbaycan Kubokunun 1/8 final cütləri müəyyənləşib – Oyunlar 1‑2 dekabrda keçiriləcək

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Oxşar xəbərlər