Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova təyinat verib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından bildirilib.
Beynəlxalq dərəcəli hakim dekabrın 4-də Fransada qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin "Levallois Paris" (Fransa) və "KS Developre" (Polşa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq.
Matçın baş hakimi funksiyasını portuqaliyalı Rikardo Ferreyra yerinə yetirəcək.