top
AVF rəhbərliyi qadın voleybol yığması ilə görüşdə qarşıdakı yarışları müzakirə edib Sport24.az
29 avqust 2025, 14:40
- ↺ +

AVF rəhbərliyi qadın voleybol yığması ilə görüşdə qarşıdakı yarışları müzakirə edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi qadın voleybolçulardan ibarət yığmamızın üzvləri ilə görüşüb. Sport24.az xəbər verir ki, görüşdə AVF-in prezidenti Şahin Bağırov, vitse-prezident və millimizin baş məşqçisi Faiq Qarayev, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və komandanın meneceri Səbinə Babayeva iştirak ediblər. Hazırda ölkə xaricində olan voleybolçularımız isə görüşə onlayn formatda qoşulublar.

 

Tədbirdə çıxış edən Bağırov ilk olaraq bir müddət əvvəl başa çatmış Qızıl Avropa Liqası haqqında danışıb. O, komandamızın bu il yarışda istənilən kimi çıxış edə bilməməsini təəssüflə qeyd edib. Bildirib ki, bir neçə aparıcı oyunçumuz müəyyən səbəblərdən milliyə kömək edə bilmədi, bu da nəticəmizin zəif olmasına gətirib çıxardı. Bununla belə, AVF rəhbəri bu ilin noyabrında İslam Həmrəyliyi Oyunlarının, gələn ilin avqustunda isə Bakıda Avropa çempionatının qrup mərhələsinin təşkil olunacağını bildirib və bundan sonra məhz həmin oyunlara köklənməyin vacibliyini diqqətə çatdırıb. Ş.Bağırov onu da qeyd edib ki, bu gün ölkəmizdə uşaq voleybolunun inkişafı ilə bağlı mühüm işlər görülür, istedadlı voleybolçular hazırlanır. O, bu voleybolçuların gələcək illərdə milli komandaya cəlb olunaraq mötəbər yarışlarda uğurla çıxış edəcəklərinə inamını ifadə edib. Federasiya prezidenti millimizin üzvlərinə uğurlar arzulayıb və zədəsiz mövsüm keçirməyi diləyib.

 

Faiq Qarayev bildirib ki, artıq klublar mövsümü başlayır və voleybolçular öz komandaları ilə növbəti mövsümə hazırlaşırlar. Buna baxmayaraq, İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesinin də təşkil olunacağını vurğulayıb. O, həmçinin gələn il ölkəmizdə təşkil olunacaq Avropa çempionatının qrup mərhələsində iştirakla bağlı da müzakirələr aparılacağını əlavə edib. F.Qarayev yaxın aylarda qitə birinciliyinin qrup mərhələsinin püşkatma mərasiminin keçiriləcəyini və bundan sonra yarışa hazırlıq planının tərtib olunacağını deyib.

 

Daha sonra millimizin üzvləri də çıxış ediblər və qarşıdakı yarışlara hazırlıqla bağlı fikirlərini bölüşüblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 11:32

Azərbaycan boks komandası Avropa çempionatında ikinciliyi tutaraq iki qızıl, bir gümüş və iki bürünc medal qazandı

Futbol
Bu gün, 10:33

U-21 milli komandasının futbolçusu: “Komanda olaraq çox yaxşı oynadıq, 1 xal qazandıq” - MÜSAHİBƏ

Futbol
Bu gün, 09:08

PSJ məşqçisi Luis Enrique Arsenalın İspan futbolçusunu 80 milyon avroya transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 05:17

Tomas Tuxel, İspaniya millisinin güclü tərəflərini açıqladı

Futbol
Bu gün, 04:38

Mbappe sol diz zədəsi səbəbindən Fransa millisindən ayrılır, Real Madridə qayıdır

Futbol
Bu gün, 03:09

Zidane, Mbappé-nin zədəsini “Çox pis” adlandırdı

Qarabağ FK
Dünən, 21:27

İlham Zəkiyev Tbilisidə keçirilən dünya çempionatında səkkizinci dəfə iştirak edəcək

Futbol
Dünən, 20:52

“Qəbələ” Rafael Utziqi ilə müqavilə imzaladı

Qarabağ FK
Dünən, 20:19

Dudek Koxalskinin “Qarabağ”ı tərk edərək “Vyeçista Krakov”a keçməsini rahatlıq seçmək kimi tənqid etdi

Futbol
Dünən, 19:58

“Yuventus” Fransisko Konseysao ilə yeni müqavilə imzalamaq üçün hazırlıqlar aparır

Basketbol
Dünən, 19:29

“LANDAU Lions” basketbol komandası Səbuhi Hacıyevlə əməkdaşlıq bağladı

Basketbol
Dünən, 18:30

Sumqayıt klubuna İngiltərəli basketbolçu Coş Oqundele qoşuldu

Futbol
Dünən, 17:47

Rəşad Abdullayev: Litva qarşısında qələbə şansı var

Gimnastika
Dünən, 17:42

Azərbaycan akrobatika gimnastları dünya çempionatının finalına yüksəldi

Futbol
Dünən, 14:29

Neftçi futbolçusu Sessi D’Almeyda Messi-nin vida matçında iştirak edə bilər

Futbol
Dünən, 14:15

Zirədən ayrılan qapıçı Tiago Silva “Şəfa”da - Rəsmi

Futbol
Dünən, 11:00

Araz‑Naxçıvan yeni baş məşqçi Yuri Maksimovun rəhbərliyi altında ilk məşqini keçirdi;

Minifutbol
Dünən, 09:50

“Birbaşa Bakı” və “Zirə” komandaları Çempionlar Liqasının 1/8 finalında İspaniyada çıxış edir

Futbol
Dünən, 09:43

Messinin Argentina millisində son oyun üçün biletlər dörd dəqiqəyə satıldı

Futbol
Dünən, 09:28

U-21 Azərbaycan milli komandası Çexiya ilə Bank Respublika Arenada üz-üzə gələcək

Şahmat
Dünən, 09:25

Azərbaycan şahmat komandası bu gün Özbəkistanda Ermənistan və Çexiya ilə qarşılaşacaq

Futbol
Dünən, 06:39

Lionel Skaloni, Argentina millisinin yeni kapitanı olaraq Kristian Romero'yu açıqladı

Futbol
Dünən, 01:49

Deku bildirib ki, Barcelona keçən yay Lautaro Martinez transferi üçün maraqlanmışdır

Futbol
24 sentyabr 2026, 23:21

Mançester Yunayted və Tottenham Fulham‑ın xorvat hücumçusu İqor Matanoviçi üçün maraqlanır

Oxşar xəbərlər