Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Şahmat Federasiyasının dəstəyi altında Naxçıvan Şahmat Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri başa çatıb.
İdman.Biz xəbər verir ki, turnirdə müxtəlif yaş kateqoriyalarında çıxış edən şahmatçılar bacarıq və biliklərini nümayiş etdiriblər.
Yarışda ümumilikdə 87 şahmatçı iştirak edib. Onlardan 51-i reytinqli, 36-sı isə reytinqsiz oyunçular olub. Turnirdə 11 qadın və 24 kişi iştirakçı mübarizə aparıb, həmçinin 6–16 yaş arası 62 gənc, 2 Türkiyə vətəndaşı və 5 veteran şahmatçı da iştirak edib.