top
Okan Burukun etiraz etdiyi almaniyalı hakim Zibert yenidən Qalatasarayın oyununa təyin olunub Idman.biz
Bu gün, 04:20
- ↺ +

Okan Burukun etiraz etdiyi almaniyalı hakim Zibert yenidən Qalatasarayın oyununa təyin olunub

Türkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi Okan Burukun əvvəllər narazılıq etdiyi almaniyalı hakim Daniel Zibert yenidən İstanbul təmsilçisinin oyununa təyinat alıb.

İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin beşinci turunda "Qalatasaray"ın İngiltərənin "Aston Villa" futbol komandası ilə qarşılaşmasını Zibert idarə edəcək.

Almaniyalı referi daha əvvəl, 2024-cü ilin avqustunda "Qalatasaray"ın İsveçrənin "Yanq Boyz" komandasına 2:3 hesabı ilə məğlub olduğu görüşdə də iş başında olub.

Həmin qarşılaşmadan sonra Okan Buruk hakimin təyinatına etiraz edərək diqqətçəkən açıqlama verib:

"İsveçrənin almandilli bölgəsinin komandası ilə oynayırıq, oyuna isə almaniyalı hakim təyin olunur. Yəqin ki, matça avtomobillə gəlib. Ümid edirəm, cavab qarşılaşmasına da azərbaycanlı hakim təyin edərlər".

Türkiyəli mütəxəssis həmin vaxt Zibertin oyunu idarə etməsindən də narazılığını ifadə edib.

İki ildən sonra eyni hakimin yenidən "Qalatasaray"ın matçına təyinat alması Burukun əvvəlki açıqlamasını gündəmə gətirib.

Qeyd edək ki, "Qalatasaray" - "Aston Villa" qarşılaşması noyabrın 24-də İstanbulda, RAMS Park stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Qarabağ FK
Bu gün, 01:10

Kəpəz – Qarabağ 0:0 nəticəylə qarşılaşdı

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Futbol
Bu gün, 00:50

“Neftçi”ni “taxt”a qaytaran 3 qolu görməyənlər üçün VİDEO

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

"Beşiktaş" Konya səfərində 4 qol vurdu - VİDEO

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:10

"Sabah"ın rəqibi evdə bu qolla qələbə qazandı - VİDEO

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Oxşar xəbərlər