UEFA Çempionlar Liqasının 5-ci turunda "Sabah"ın rəqibi olacaq "Barselona" Bakıya qələbə ilə gəlir.
QOL.az xəbər verir ki, Kataloniya klubu İspaniya La Liqasının 13-cü turunda öz meydanında "Vilyarreal"la qarşılaşıb.
Hans-Diter Flikin komandası ilk hissədə 0:2 geridə olsa da, ikinci hissədə 3 qol vuraraq əzmkar qələbə qazanıb.
"Barselona" - "Vilyarreal" - 3:2
Qollar: Martin 57, Fermin Lopez 61, Navarro 67-avtoqol - Buçanan 5, Oluvaseyi 7
"Barselona" hazırda 36 xalla La Liqanın lideridir. "Real" 33 xalla 2-ci, "Atletiko" 31 xalla 3-cüdür.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" oyunu saat 21:45-də başlayacaq.