top
Xəqan Əhməd Baku Opendə liderlər sırasında, Nicat Abbasov geridə qalır - İDMAN.BİZ-in İCMALI Idman.biz
04 may 2026, 11:30
- ↺ +

Xəqan Əhməd "Baku Open"də liderlər sırasında, Nicat Abbasov geridə qalır - İDMAN.BİZ-in İCMALI

Azərbaycan şahmatçısı Xəqan Əhməd bu günlərdə paytaxtda keçirilən ənənəvi "Baku Open" festivalında liderlər qrupunda yer alır.

İdman.Biz-in məlumatına görə, altı turdan sonra Əhmədin aktivində 5 xal var və o, 1-5-ci yerləri bölüşür, əlavə göstəricilərə əsasən isə beşinci pillədə qərarlaşıb.

O, altıncı turda azərbaycanlı şahmatçı Süleyman Süleymanlı üzərində qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın aparıcı qrossmeysterlərindən Şəhriyar Məmmədyarovun yetirməsi olan Əhməd yerli şahmatçılar arasında heç-heçəsi olmayan azsaylı oyunçulardandır.

Həmçinin Tunar Davudovun çıxışı da diqqət çəkir. O, 4,5 xal toplayaraq altıncı yerdə qərarlaşıb. O, beşinci turda neytral statusda çıxış edən güclü rusiyalı şahmatçı Polina Şuvalovanı məğlub edib.

Digər tərəfdən, bu yaxınlarda fərdi Avropa çempionatında gümüş medal qazanan Nicat Abbasov Bakı turnirində hələlik o qədər də uğurlu çıxış etmir. Dörd xal toplayan şahmatçı 17-ci pillədə qərarlaşıb.

Turnirin ən titullu iştirakçısı, FIDE-nin keçmiş dünya çempionu Ruslan Ponomaryov isə 4,5 xal toplayaraq liderlərə yaxın qrupda, 9-cu yerdə qərarlaşıb. Liderlər qrupunda Xəqan Əhmədlə yanaşı, üç hindistanlı və bir iranlı şahmatçı da yer alır.

Qeyd edək ki, Bakı turniri 6 may tarixinədək davam edəcək və ümumilikdə doqquz turdan ibarətdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Futbol
Dünən, 23:48

Çelsinin "Lids"ə məğlubiyyətindən sonra Koulu Palmerin azarkeşlərə salam verməməsi tənqid edilib

Futbol
Dünən, 23:45

Ronaldo Vaskes: Bu il Premyer Liqada asan oyun yoxdur

Voleybol
Dünən, 23:40

U-16 Azərbaycan voleybol millisi EEVZA Avropa çempionatında beşinci yeri tutdu

Futbol
Dünən, 23:30

"Konyaspor" - "Beşiktaş" - VİDEO

Futbol
Dünən, 23:30

"Trabzonspor" - "Eyüpsor" - VİDEO

Futbol
Dünən, 23:30

“Beşiktaş” və “Trabzonspor”dan növbəti qələbə

Voleybol
Dünən, 23:26

Azərbaycan voleybolçuları Estoniyada beşinci yeri qazandı

Oxşar xəbərlər