top
“Vüqar Həşimov” öz gücü hesabına oynayır və layiqli nəticə göstərir” - Rauf Məmmədovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ Idman.biz
28 oktyabr 2025, 12:50
- ↺ +

“Vüqar Həşimov” öz gücü hesabına oynayır və layiqli nəticə göstərir” - Rauf Məmmədovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Yunanıstanın Rodos adasında şahmat üzrə klublararası Avropa Kuboku turnirinə yekun vurulub. Turnirdə Azərbaycanı təmsil edən "Vüqar Həşimov" klubu son tura qədər medallar uğrunda mübarizə aparsa da, yekunda səkkizinci yeri tutub.

Komandanın lideri təcrübəli qrossmeyster Rauf Məmmədov olub. O, son həftələrdə ardıcıl üç böyük yarışda iştirak edib - Səmərqənddə (Özbəkistan) keçirilən "Grand Swiss" yarışı, Batumidə (Gürcüstan) baş tutan Avropa milli komandalarının çempionatı və Rodostakı (Yunanıstan) klublararası Avropa Kuboku turniri.

İdman.Biz-ə müsahibəsində Rauf Məmmədov etiraf edib ki, xüsusilə son turda oyununun zəifləməsinə yorğunluq təsir göstərib. Buna baxmayaraq, o artıq Hindistanda keçiriləcək Dünya Kubokuna hazırlaşır.

- Turnirdən hansı təəssüratlar qaldı? Xüsusilə də nəzərə alsaq ki, son tura qədər medal qazanmağa iddia edirdiniz.

- Bəli, əgər güclü Çexiya klubu "Yeni Bor"u məğlub etsəydik, ikinci və ya üçüncü yeri tuta bilərdik. Amma son turda məndə bir növ "kollaps" baş verdi. Gedişləri səhv saldım və hazırladığım planı tətbiq edə bilmədim. Partiyadan 20 dəqiqə əvvəl ideyanı müəyyənləşdirmişdim, amma oyun zamanı hər şey qarışdı. Görünür, yorğunluğun təsiri idi - ardıcıl üç turnirdə oynamaq, əlbəttə, çətindir.

Amma uşaqlar əla mübarizə apardılar. Aydındır ki, şahmat üzrə Avropa Kubokunda medallar uğrunda döyüşmək bizim üçün asan deyil. Biz, demək olar ki, öz gücümüzə, ictimai əsaslarla oynayırıq. Fikrimcə, biz hələ medallar uğrunda mübarizəni davam etdirəcəyik. Ümumilikdə hesab edirəm ki, layiqli çıxış etdik.

- Son vaxtlar doğrudan da çox sıx qrafikiniz var. Məsələn, yaxınlarda Batumidə keçirilən Avropa komandalar çempionatında Azərbaycan millisinin heyətində "gümüş" medal qazandınız...

- Qitə birinciliyində normal oynadım, yalnız ilk turda David Navara ilə partiyada onun evdə hazırladığı variantın "toruna" düşdüm. Son turda da, əslində, eyni hal baş verdi. Amma Avropa çempionatında ən vacib anda - Ukrayna ilə oyunda Andrey Volokitini məğlub etməklə əhvalım yüksəldi (gülür).

Avropa çempionatının gümüş medalı bizim üçün uğurdur, çünki son səkkiz ildə komanda yarışlarında medal qazana bilməmişdik. Hamı bu nailiyyətdən yazdı. Əlbəttə, uğursuzluğumuz zamanı yazmağı sevənlər də var (gülür). Amma ümumilikdə nəticə yaxşıdır.

- Qarşıda Hindistanda keçiriləcək Dünya Kuboku var. Yarış 30 oktyabrda start götürəcək.

- Bəli. Reytinqimə görə ikinci dövrədən başlayacağam, amma biletləri beş gün əvvəldən almışam. Buna görə peşman deyiləm - istirahət etməyə və yuxunu bərpa etməyə vaxtım olacaq. Hazırda bu mənim üçün xüsusilə vacibdir.

- Məlumdur ki, Hindistan spesifik ölkədir, xüsusilə də qidalanma baxımından. Qidalanma məsələsində ehtiyatlı olacaqsınız?

- Mən orada artıq oynamışam - Çennayda və hətta 2009-cu ildə. Acılı yeməkləri sevdiyim üçün Hindistan mətbəxi ilə bağlı problemim yoxdur (gülür). Eşitmişəm ki, orada təhlükəsizliklə bağlı da hər şey qaydasındadır, buna görə narahat deyiləm.

- Sizcə, ikinci dövrədə rəqibiniz kim olacaq?

- Böyük ehtimalla, təxminən 2 620 reytinqə malik alman qrossmeysteri Svan Rasmus. Əlbəttə, o, əvvəlcə ilk rəqibini keçməlidir, amma açıq favorit odur. Sonra isə, hər şey yaxşı getsə, addım-addım irəliləyib hər rəqibi ayrıca təhlil edəcəyik. Əsas odur ki, yaxşı istirahət edim, çünki Avrokubokun son turunda yorğunluq diqqətimə ciddi təsir göstərmişdi.

- Dünya Kubokunda konkret hədəfiniz varmı?

- Bəli, hədəfim var. Bakıdakı Dünya Kuboku göstərdi ki, heç nə mümkünsüz deyil (2023-cü ildə Bakıda keçirilən Dünya Kubokunda Nicat Abbasov dördüncü yeri tutmuşdu). Əgər bəxt və digər amillər üst-üstə düşsə, hər şey mümkündür.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Futbol
Bu gün, 08:20

Çelsi, 20 milyon avro ödədiyi Paes'i satmaq və ya icarəyə vermək istəyir

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Oxşar xəbərlər