top
Türkan Məmmədyarovanın qələbəsinin ləğvi: Ayan Allahverdiyeva ilə partiyadakı mübahisəli epizodun təfərrüatları Idman.biz
18 fevral 2026, 12:38
- ↺ +

Türkan Məmmədyarovanın qələbəsinin ləğvi: Ayan Allahverdiyeva ilə partiyadakı mübahisəli epizodun təfərrüatları

Azərbaycan qadınlar arasında şahmat üzrə ölkə çempionatının yarımfinal partiyasında Ayan Allahverdiyeva ilə Türkan Məmmədyarova arasında nəticənin ləğvi ilə bağlı vəziyyətin təfərrüatları məlum olub.

Azərbaycan Şahmat Federasiyasından İdman.Biz-ə bildirilib ki, sözügedən epizodda hakim Türkan Məmmədyarovaya qələbə verərkən səhvə yol verib.

Partiya zamanı Ayan Allahverdiyeva rəqibinə iki dəfə heç-heçə təklif edib və hakim bunu qaydaların pozulması kimi qiymətləndirib. Halbuki, iki dəfə heç-heçə təklif etmək Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reqlamentinə zidd deyil və bu fakt ölkə çempionatının Apellyasiya Komitəsi tərəfindən də təsdiqlənib. Nəticədə Türkan Məmmədyarovanın qələbəsi ləğv edilib və partiyada heç-heçə qeydə alınıb.

Federasiyada həmçinin bildirilib ki, Ayan Allahverdiyeva heç-heçə təklif edərkən nizamnaməyə tam uyğun davranmayıb, lakin bu pozuntuya görə şahmatda məğlubiyyət verilmir.

Beləliklə, şahmatçılar çərşənbə günü Azərbaycan çempionatının yarımfinal mərhələsində münasibətlərinə aydınlıq gətirməyə davam edəcəklər, görüşdə hesab 0,5:0,5-dir.

Teymur Tuşiyev

10:26

Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin ilk oyununda Ayan Allahverdiyeva ilə Türkan Məmmədyarova arasında keçirilmiş partiyanın nəticəsinə yenidən baxılıb.

İdman.Biz xəbər verir ki, bu barədə Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, fevralın 17-də baş tutan qarşılaşmada hakimlər kollegiyasının qərarına əsasən Ayan Allahverdiyeva tərəfindən iki dəfə əsassız iddia irəli sürüldüyü qeyd edilərək partiya Türkan Məmmədyarovanın xeyrinə hesablanıb.

Qərarla razılaşmayan Ayan Allahverdiyeva Azərbaycan Çempionatının Apellyasiya Komitəsinə müraciət edib.

Apellyasiya Komitəsi tərəfindən partiyanın videoyazısı və gedişlərin ardıcıllığı araşdırılıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qüvvədə olan qaydalarına əsasən Ayan Allahverdiyevanın etirazı təmin olunub.

Apellyasiya Komitəsinin qərarına əsasən Türkan Məmmədyarovanın qələbəsi ləğv edilib və tərəflər arasında keçirilən ilk partiyanın nəticəsi heç-heçə kimi rəsmiləşdirilib.

Türkan Məmmədyarova Apellyasiya Komitəsinin qərarı ilə razılaşdığını bildirib.

Qeyd edək ki, bu görüntü oyun bitdikdən sonra qeydə alınıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Futbol
Dünən, 23:48

Çelsinin "Lids"ə məğlubiyyətindən sonra Koulu Palmerin azarkeşlərə salam verməməsi tənqid edilib

Futbol
Dünən, 23:45

Ronaldo Vaskes: Bu il Premyer Liqada asan oyun yoxdur

Voleybol
Dünən, 23:40

U-16 Azərbaycan voleybol millisi EEVZA Avropa çempionatında beşinci yeri tutdu

Futbol
Dünən, 23:30

"Konyaspor" - "Beşiktaş" - VİDEO

Futbol
Dünən, 23:30

"Trabzonspor" - "Eyüpsor" - VİDEO

Futbol
Dünən, 23:30

“Beşiktaş” və “Trabzonspor”dan növbəti qələbə

Oxşar xəbərlər