top
“Saxta çempionluq nə mənə, nə də Aydına lazım idi” - Məhəmməd Muradlının İDMAN.BİZ-ə AÇIQLAMASI Idman.biz
22 aprel 2026, 17:57
- ↺ +

“Saxta çempionluq nə mənə, nə də Aydına lazım idi” - Məhəmməd Muradlının İDMAN.BİZ-ə AÇIQLAMASI

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında şahmatda nadir rast gəlinən hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, həmyerlilərimiz Nicat Abasov və Aydın Süleymanlı mükafatçılar sırasına düşsələr də, Məhəmməd Muradlı medalın bir addımlığında dayanaraq dördüncü yeri tutub. Bununla belə, sosial şəbəkələrdə əsas müzakirə mövzusu Muradlının son turda yaxın dostu Aydın Süleymanlı ilə etdiyi heç-heçə olub. Bu nəticə Aydına bürünc medal qazandırıb, halbuki qələbə qazansaydı, o, Azərbaycan tarixində ilk dəfə fərdi Avropa çempionu ola bilərdi.

İdman.Biz-ə müsahibəsində Məhəmməd Muradlı ona ünvanlanan ittihamlara münasibət bildirib.

"Biz Aydınla yaxın dostuq. Amma nə mənə, nə də əminəm ki, ona belə "saxta" çempionluq lazım idi! Təəssüf ki, bizdə - təkcə şahmatda yox - uğur qazanmaq üçün zəhmət və öz üzərində işdən çox, müxtəlif yollar axtarılır. Məncə, turnirin qalibi olan ukraynalı Roman Deqtyarev birinci yerə daha layiq idi.

Son turda hər ikimiz qələbə qazanmaq üçün dürüst mübarizə apardıq, amma nəticə heç-heçə oldu. Əgər razılaşsaydıq, ömrümüz boyu içimizdə belə bir fikir qalardı: "Məni çempion etdilər". Mənə belə şey lazım deyil. Əminəm ki, Aydına da lazım deyil. Həyat bununla bitmir, qarşıda Avropa zirvəsini fəth etmək üçün yeni cəhdlər olacaq", - deyə Muradlı bildirib.

Qrossmeyster etik məsələlərlə yanaşı, turnirin məişət şəraitindən də narazılığını ifadə edib:

"Təəssüf ki, Avropa çempionatının təşkili yenə də arzuolunan səviyyədə deyildi. Belə böyük yarışlar üçün şəhərlərin hansı prinsiplə seçildiyini bilmirəm, amma son illərdə təşkilatçılıq səviyyəsi aşağıdır. Demək olar ki, hər gün əvvəlcədən xəbərdarlıq edilmədən qəribə qərarlar qəbul olunurdu.

Məsələn, dördüncü turda birdən-birə dedilər ki, gödəkçə ilə oynamaq olmaz. Halbuki zal çox soyuq idi və əvvəlki partiyaların hamısını bu şəkildə oynamışdım. Məni əvvəlcədən xəbərdar etmədilər ki, fərqli geyinim. Nəticədə bu narahatlıq və əsəb gərginliyi ucbatından partiyanı uduzdum. Ola bilsin ki, məhz həmin məğlubiyyət məni medal şansından məhrum etdi", - deyə şahmatçı vurğulayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Futbol
Bu gün, 19:47

Fəridə Lüftəliyeva UEFA tərəfindən üç beynəlxalq oyunla təyin edilib

Digər
Bu gün, 19:43

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Digər
Bu gün, 19:39

Yamal və Pedri Flikin qərarına baxmadılar - “El Klasiko” öncəsi gözlənilməz addım

Digər
Bu gün, 19:28

“Bir gün La Liqada oynamaq istərdim”

Digər
Bu gün, 19:25

Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam”

Digər
Bu gün, 19:21

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Digər
Bu gün, 19:20

Keyn "Bavariya"nın əfsanəsini keçdi: Çempionlar Liqası tarixinin ən yaxşı 8 bombardiri siyahısına daxil oldu

Digər
Bu gün, 19:11

“Mançester Yunayted” Karriklə bağlı qərarını verdi - ağır məğlubiyyətdən sonra

Futbol
Bu gün, 18:59

Mauro İkardi Betislə görüşlər keçirir

Futbol
Bu gün, 18:56

Mançester Siti'li Fil Foden Çempionlar Liqasında üçüncü turun ən yaxşı futbolçusu seçildi

Digər
Bu gün, 18:43

“Beşiktaş”ın baş məşqçisindən “Kristal Palas”la oyun öncəsi qərar

Digər
Bu gün, 18:35

“Səbail” iki Avropa klubu ilə əməkdaşlığa hazırlaşır

Digər
Bu gün, 18:29

“Bizi gözəl günlər gözləyir, buna inanıram”

Qarabağ FK
Bu gün, 18:29

Vaqif Cavadov “Sabah” - “Qarabağ” qarşılaşmasından gözləntilərini bölüşdü

Digər
Bu gün, 18:23

Argentina millisi Skaloni ilə razılıq əldə etdi

Oxşar xəbərlər