top
Ruslan Ponomaryov Baku Open 2026 Şahmat Festivalında İştirak Edəcək Idman.biz
26 fevral 2026, 16:04
- ↺ +

Ruslan Ponomaryov "Baku Open 2026" Şahmat Festivalında İştirak Edəcək

Beynəlxalq Şahmat Federasiyası (FIDE) üzrə sabiq dünya çempionu Ruslan Ponomaryov ənənəvi "Baku Open 2026" şahmat festivalında iştirak edəcək.

Bu barədə İdman.Biz-ə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Məşhur ukraynalı şahmatçı artıq Bakıdakı festivalda iştirak üçün razılığını verib və qarşıdakı yarışın iştirakçıları siyahısına daxil edilib.

Qeyd edək ki, Ruslan Ponomaryov FIDE versiyası üzrə ən gənc və sayca sondan əvvəlki dünya çempionu olub. O, bu titulu 2002-ci ildə nokaut sistemi ilə keçirilən dünya çempionatında qazanıb. Final qarşılaşmasında Ponomaryov həmyerlisi Vasili İvançuk üzərində qələbə qazanıb.

Ümumilikdə şahmat tarixində FIDE versiyası üzrə altı dünya çempionu olub. Ponomaryovdan başqa bunlar Anatoli Karpov, Aleksandr Xalifman (hər ikisi Rusiya), Vişvanatan Anand (Hindistan), Rustam Kasımcanov (Bolqarıstan) həmçinin Veselin Topalovdur (Bolqarıstan).

FIDE versiyası üzrə dünya çempionatı 13-cü dünya çempionu Qari Kasparov ilə FIDE arasında yaranmış münaqişə səbəbindən şahmat aləmində baş verən parçalanmadan sonra 1993-cü ildən etibarən keçirilməyə başlanıb. Dünya çempionluğu uğrunda birləşdirici qarşılaşma isə 2006-cı ildə baş tutub. Həmin matçda Vladimir Kramnik (Rusiya) Topalov üzərində qələbə qazanıb.

"Baku Open" festivalına qayıdaraq qeyd edək ki, yarışlar 27 aprel – 6 may tarixlərində "Baku Crystal Hall"da keçiriləcək. Ənənəvi şahmat festivalı ölkənin müxtəlif şəhərlərində milli federasiya tərəfindən təşkil olunan turnirlər silsiləsi olan "Chess Tour Azerbaijan" layihəsinin tərkib hissəsidir.

Qarşıdakı turnirdə bir sıra digər güclü xarici qrossmeysterlər, eləcə də Azərbaycanın bir çox tanınmış şahmatçıları da iştirak edəcəklər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Futbol
Dünən, 23:48

Çelsinin "Lids"ə məğlubiyyətindən sonra Koulu Palmerin azarkeşlərə salam verməməsi tənqid edilib

Futbol
Dünən, 23:45

Ronaldo Vaskes: Bu il Premyer Liqada asan oyun yoxdur

Voleybol
Dünən, 23:40

U-16 Azərbaycan voleybol millisi EEVZA Avropa çempionatında beşinci yeri tutdu

Futbol
Dünən, 23:30

"Konyaspor" - "Beşiktaş" - VİDEO

Futbol
Dünən, 23:30

"Trabzonspor" - "Eyüpsor" - VİDEO

Futbol
Dünən, 23:30

“Beşiktaş” və “Trabzonspor”dan növbəti qələbə

Voleybol
Dünən, 23:26

Azərbaycan voleybolçuları Estoniyada beşinci yeri qazandı

Oxşar xəbərlər