top
Pranav Anand Baku Opendəki çıxışı və Azərbaycan şahmatçıları haqqında danışdı Idman.biz
07 may 2026, 17:28
- ↺ +

Pranav Anand "Baku Open"dəki çıxışı və Azərbaycan şahmatçıları haqqında danışdı

"Baku Open" festivalında kifayət qədər çox hindistanlı şahmatçı çıxış edib. Onların arasında reytinqə görə üçüncü olan Pranav Anand diqqət çəkib.

19 yaşlı qrossmeyster turniri doqquzuncu yerdə başa vurub və İdman.Biz-ə Azərbaycanın paytaxtında oyunun onun üçün necə keçdiyini danışıb.

O, festivaldakı iştirakına tənqidi qiymət verib.

"Turnirdə çıxışım birmənalı alınmadı. Bir tərəfdən yaxşı start götürdüm, ilk altı turda beş xal topladım. Amma yeddinci turda həmyerlim Mayank Çakrabortiyə uduzmağım planlarımı pozdu. Sonradan qalib gəlib vəziyyəti düzəldə bilsəm də, finişdə yenidən uduzdum. "Baku Open"in qalibi Sina Movahədə ağ fiqurlarla məğlub olmağım üzücüdür. Heç olmasa heç-heçə etsəydim, ilk üçlük uğrunda mübarizəyə qoşula bilərdim", - deyə P.Anand etiraf edib.

Bununla yanaşı, hindistanlı yarışın təşkilatçılığını yüksək qiymətləndirib.

"Bakıda gördüklərim mənə təsir etdi. Biz dənizkənarı mənzərəsi olan geniş "Crystal Hall" zalında oynadıq. Mənə söylədilər ki, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası məhz burada keçirilib. Təşkilat komitəsi rahat qalmaq və oynamaq üçün bütün şəraiti yaratmışdı, hər şey çox xoşuma gəldi", - deyə P.Anand söyləyib.

Anand Azərbaycan şahmatçıları barədə də fikirlərini bölüşüb:

"Sizin oyunçular uzun illər ərzində yüksək səviyyəni qoruyurlar. Yeni adlar meydana çıxır - Xəzər Babazadə "Baku Open"i ilk üçlükdə başa vurdu, Xaqan Əhməd maraqlı oynayır. Azərbaycandan olan hər bir rəqiblə görüş çətin partiya vəd edir. Mən bunu burada da hiss etdim, həm Babazadə, həm də Tunar Davudovla oynadım".

P.Anand bir sıra ekspertlərin onun strateji oyun üslubu ilə seçilməsi barədə fikrinə özünəməxsus şəkildə reaksiya verib:

"İlk iki qrossmeyster normamı 2022-ci ildə yerinə yetirdim. Həmin il 16 yaşadək şahmatçılar arasında dünya çempionatını da qazandım, növbəti il isə Billdə rapid üzrə festivalda birinci oldum. Strateji düşüncənin dərk edilməsi yaşla gəlir, amma mən hər partiyada geniş fəaliyyət göstərməyə və istənilən imkanı reallaşdırmağa çalışıram. Hətta ilk baxışda ən aydın görünməyəni də. Buna görə də öz üslubumu cilalamağa davam edirəm, eyni zamanda əfsanəvi qrossmeysterlərdən ən yaxşı cəhətləri götürməyə və özümə məxsus nəsə yaratmağa çalışıram".

O, yaxın perspektivində dünya reytinqinin ilk 50-liyində yer uğrunda mübarizənin olduğunu da danışıb. Hazırda Anand sıralamada 61-ci pilləni tutur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər