top
Lütfiyar Rüstəmov: Təcrübəsiz şahmatçıların ölkə çempionatında sonadək irəliləməsi böyük möcüzə olar Idman.biz
09 fevral 2026, 17:13
- ↺ +

Lütfiyar Rüstəmov: Təcrübəsiz şahmatçıların ölkə çempionatında sonadək irəliləməsi böyük möcüzə olar

"Təcrübəsiz şahmatçıların ölkə çempionatında sonadək irəliləməsi böyük möcüzə olar".

Bu sözləri Azərbaycan Şahmat Federasiyasının (AŞF) Hakimlər Komissiyasının sədri Lütfiyar Rüstəmov ölkə çempionatı barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın gənc şahmatçılarında kifayət qədər potensial mövcuddur.

"Çempionata ilk dəfə qatılan gənc şahmatçılarımız var. Amma əsas üstünlük məhz peşəkar, ilboyu aktiv şəkildə beynəlxalq və yerli turnirlərdə iştirak edən şahmatçılarımızda olacaq. Çünki yarışın hansı sistemlə keçirilməsindən asılı olmayaraq, həlledici amil şəxsi görüşlərdə rəqibə qalib gəlməkdir", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Beynəlxalq dərəcəli hakim qeyd edib ki, turnirə birinci təsnifat mərhələsindən başlayan şahmatçıların müəyyən mərhələlərə qədər irəliləmək şansı var:

"Bu mərhələdən keçən şahmatçılarımızın bir və ya iki turu adlaması mümkündür. Lakin mövcud heyətlə daha güclü və təcrübəli rəqiblərlə qarşılaşaraq yarışın sonuna qədər irəliləmək və yekunda qələbə qazanmaq artıq çox çətin olacaq. Bu, demək olar ki, böyük möcüzə sayıla bilər".

Qeyd edək ki, Azərbaycan çempionatında 46 şahmatçı iştirak edir. Kişi şahmatçılardan 30, qadınlardan isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Məbləğin 62 min manatı kişilərin, 30 min manatı isə qadınların çempionatına aiddir.

Turnirə fevralın 22-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

"Beşiktaş" Konya səfərində 4 qol vurdu - VİDEO

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:10

"Sabah"ın rəqibi evdə bu qolla qələbə qazandı - VİDEO

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Futbol
Dünən, 23:48

Çelsinin "Lids"ə məğlubiyyətindən sonra Koulu Palmerin azarkeşlərə salam verməməsi tənqid edilib

Futbol
Dünən, 23:45

Ronaldo Vaskes: Bu il Premyer Liqada asan oyun yoxdur

Voleybol
Dünən, 23:40

U-16 Azərbaycan voleybol millisi EEVZA Avropa çempionatında beşinci yeri tutdu

Oxşar xəbərlər