top
Leon Mendonkanın Gəncə Open 2025 Qələbəsi və Karyera Hədəfləri - İDMAN.BİZ-ə MÜSAHİBƏSİ Idman.biz
18 noyabr 2025, 11:56
- ↺ +

Leon Mendonkanın "Gəncə Open 2025" Qələbəsi və Karyera Hədəfləri - İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Hindistanlı qrossmeyster Leon Mendonka "Ganja Open 2025"şahmat festivalının qalibi olub. A qrupunda keçirilən turnirə müxtəlif ölkələrdən 78 iştirakçı qatılıb. Gələcəyin çempionu sayılan Mendonka mümkün doqquz xaldan yeddisini toplayaraq birinci yeri tutub.

İdman.Biz-lə söhbətində Mendonka turnirlə bağlı təəssüratlarını bölüşüb.

-Leon, siz əvvəlcədən reytinq favoritlərindən biri idiniz və nəticədə birinci yeri qazandınız. Bu uğur sizin üçün gözlənilən oldu?

-Çox sağ olun! Açığı, çox güclü emosiyalar yaşayıram. Gəncə öz atmosferi ilə yadda qaldı - burada çox motivasiyalı və güclü şahmatçılar mübarizə aparırdı. Bu qələbəni karyeramda daha bir böyük addım kimi dəyərləndirirəm.

-Turnirdəki çıxışınızı necə təhlil edərdiniz?

-Stabil oyun göstərdiyim üçün məmnunam. Bəzi partiyalarda müdafiə olunmalı oldum, digərlərində isə kəskin həll yolları tapmağa çalışdım. Ümumilikdə vəziyyətə nəzarəti saxlamağı bacardım və mövqelər çətinləşəndə belə konsentrasiyanı itirməməyə çalışdım.

-Xüsusilə önəmli hesab etdiyiniz bir partiya varmı?

-Düşünürəm ki, ən vacib qarşılaşma səkkizinci turda Şimali Makedoniyadan olan Yevqeni Romanova qarşı oynadığım partiya idi. Çətin vəziyyətə düşmüşdüm, amma tapdığım bir taktiki ideya oyunun gedişini tam dəyişdi. Bu qələbə mənə böyük emosional güc verdi və liderliyə yüksəlməyimi təmin etdi.

-"Ganja Open"ə hazırlığınız necə idi?

-Hazırlıq kompleks şəkildə aparılıb. Debüt praktikasına çox vaxt ayırmışdım, xüsusilə də Azərbaycan şahmat məktəbində tez-tez istifadə edilən xəttlərə. Bundan əlavə, psixoloji davamlılığa da diqqət yetirdim - belə turnirlərdə sona qədər aydın düşünməyi bacarmaq və psixoloji olaraq yanmamaq çox önəmlidir.

-Son turdan əvvəl yarım xal fərqlə lider idiniz. FIDE təmsilçisi İlya İlyuşenoka qarşı son tur partiyanız heç-heçə ilə başa çatdı. Bu nəticə sizin üçün çempionluq heç-heçəsi oldu?

Məsuliyyəti hiss edirdim. Heç-heçənin mənə sərfəli olduğunu anlayırdım, amma oyunu sadəcə müdafiə üzərində qurmaq istəmirdim. Nəticədə dinamik bir oyun alındı və sülhlə başa çatdı. Son gedişlər xüsusilə həyəcanlı idi.

-Gələcək turnir planlarınız nələrdir?

İndi bir qədər dincəlmək və partiyaları təhlil etmək istəyirəm. Sonra isə bir neçə böyük turnirə hazırlıq başlayacaq. Məqsədim inkişaf etmək, reytinqimi artırmaq və dünya şahmatının elitasına düşməkdir.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər