top
Günay Məmmədzadə: Özbəkistanla oyunda şansları düzgün qiymətləndirmədik, bu, motivasiya verir. Report.az
03 noyabr 2025, 17:21
- +

Günay Məmmədzadə: "Özbəkistanla oyunda şansları düzgün qiymətləndirmədik, bu, motivasiya verir."

Dünya çempionatına seçmə xarakter daşıyan oyunda nəticənin Azərbaycan millisinin xeyrinə olmaması yığma üzvlərinin şansları düzgün qiymətləndirməməsi ilə bağlıdır.

Bu barədə "Report"a komandanın üzvü Günay Məmmədzadə açıqlama verib.

25 yaşlı qrossmeyster Özbəkistana uduzduqları qarşılaşma haqqında danışıb.

"İlk növbədə Azərbaycan şahmatına göstərdiyiniz diqqətə görə sizə təşəkkür edirəm. Xüsusilə qadın şahmatının ölkəmizdə təşviqini olduqca vacib sayıram. Nəzərinizə çatdırmaq istəyirəm ki, analıq məzuniyyəti səbəbindən bir müddət peşəkar şahmatdan uzaqlaşmışdım. Təəssüf ki, bu səbəbdən Avropa çempionatı zamanı da millimizin tərkibində iştirak edə bilmədim. Buna baxmayaq, məzuniyyət dövründə formamı itirməmək üçün məşqlərimi və onlayn oyunlarımı davam edirdim".

G.Məmmədzadə bu rəqiblə bütün görüşlərin gərgin mübarizə şəraitində keçdiyini söyləyib:

"Bu qarşılaşma həmçinin mənim üçün uzun fasilədən sonra böyük turnirlərə hazırlıq xarakteri daşıyırdı. İlk üç oyunuma diqqət yetirsək, qələbə vəziyyətlərinin olduğunu görərik. Ancaq təəssüf ki, praktikamda yaranan fasilə uduş vəziyyətlərini qələbəyə çatdırmağıma mane olurdu. Bu turnirdə də formamı bərpa etmək, boşluqları dəyərləndirmək üçün bir şans oldu. Ümumilikdə millimizin oyunlarını da pis dəyərləndirmirəm. Nəticənin bizim xeyrimizə olmaması şansları düzgün qiymətləndirməməyimizlə bağlı idi. Xüsusilə ümumi vəziyyəti bərabərləşdirmək üçün sonuncu matçda qələbəyə çox yaxın idik. Ancaq təəssüf ki, idmanda hər dəfə şans üzünə gülmür. Bu dəfə şans Özbəkistanın tərəfində oldu, onları bir daha təbrik edirəm. Bu cür nəticələr bizi ruhdan salmır, əksinə, əlavə motivasiya verir. Ümid edirəm ki, gələn il Özbəkistanda keçiriləcək olimpiadada ən yaxşı oyunumuzu göstərəcəyik".

Qeyd edək ki, Özbəkistan seçməsi Azərbaycan millisini yekunda 8,5:7,5 hesabı ilə məğlub edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:15

Barselona məşqçisi Hans‑Dieter Flick: “İkinci yarıda çətinliklərlə qarşılaşdıq”

Futbol
Bu gün, 05:46

“Xetafe”nin müdafiəçisi Mohika Lamin Yamal ilə duellaları tərifləyir

Futbol
Bu gün, 05:13

Zidane, Fransa millisi üçün ilk heyət siyahısını açıqlamaq ərəfəsində “Formula‑1” İspaniya Qran‑prisinə qatıldı

Futbol
Bu gün, 00:26

“Şəfa” kipi Nicat Mehbalıyev: Millidən dəvət almaq ən böyük arzumdur

Futbol
Dünən, 23:33

Şəfa ilə Sabah arasında keçirilən matçın girişləri pulsuz olacaq

Futbol
Dünən, 23:13

Toral Bayramovun oyununa baxmayaraq Bursaspor qələbəni qaçırdı

Futbol
Dünən, 22:43

La Liqa: Xetafe ilə Deportivo arasında 1:1 nəticə, Obameyanq qollarını vurdu; Barcelona Levante’ni 4:2 məğlub etdi

Futbol
Dünən, 22:20

Renat Dadaşov Bukovina ilə Zorya qarşısında debüt etdi, komanda son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

Futbol
Dünən, 21:29

Premyer Liqa: “Manchester City”dən derbi qələbəsi, “Brayton”dan 5-0 qalibiyyət – yenilənib + video

Qarabağ FK
Dünən, 21:17

Qarabağ və Zira 1:1 hesablı heç‑heçə – Qurban Qurbanov: “Hər iki komanda bir xal qazanmağa layiq idi”

Futbol
Dünən, 18:27

Araz‑Naxçıvan və Turan Tovuz arasında 2:2 hesabı ilə bərabərlik

Qarabağ FK
Dünən, 16:18

“Araz‑Naxçıvan” yarımmüdafiəçisi Rövlan Muradov: “Qarabağın adı bizə çətinlik yaratmır, ancaq şansları daha yaxşı dəyərləndirməliyik”

Qarabağ FK
Dünən, 15:19

“Sabahın ulduzları” U-14 Bakı kubokunda qol yağışı: Neftçi 6‑2 Zira, Vətən 4‑2 Xan

Futbol
Dünən, 06:38

Arteta hakimlərin penaltı qərarına qəzəbləndi: “Bu gün oyun müdafiəsiz idi”

Futbol
Dünən, 05:41

Kovaç, Dortmundun Paderborn üzərindəki 3-0 qələbəsini şərh etdi

Futbol
Dünən, 00:14

Azər Bağırov Sumqayıtdakı 1:1 heç-heçəni və oyunun çətinliyini şərh etdi

Futbol
12 sentyabr 2026, 23:43

Tottenham İngiltərə Premyer Liqasının ilk dörd turunda qol vura bilməyərək rekord qırdı

Basketbol
12 sentyabr 2026, 22:51

“Neftçi” basketbol komandası Türkiyədə iki matçda məğlub oldu

Futbol
12 sentyabr 2026, 22:29

“Tottenhem” Evertonla 0:0 heç-heçə, “Hall Siti” Çelsi ilə 2:2 bərabərlik - VİDEO

Futbol
12 sentyabr 2026, 22:28

Kəpəz, Qəbələni 1:0 məğlub etdi - Video icmalı

Futbol
12 sentyabr 2026, 22:07

Latsio iki qol fərqini itirdi, Milanla 2:2 heç-heçə

Futbol
12 sentyabr 2026, 21:55

Amil Ağacanov: “Kəpəz daha əzmkar oynadı və qalib gəldi”

Basketbol
12 sentyabr 2026, 21:33

Azərbaycan qadın 3x3 basketbol komandası Avropa çempionatında Ukraynaya 20:7 hesabı ilə məğlub etdi

Futbol
12 sentyabr 2026, 21:08

Qəbələ məşqçisi: Qələbə üçün xarakter və istək çatışmır

Oxşar xəbərlər