top
Fikrət Sideifzadə Azərbaycan Çempionatında Gənc Şahmatçılardan Sürpriz Gözləyir Report.az
10 fevral 2026, 16:09
- ↺ +

Fikrət Sideifzadə Azərbaycan Çempionatında Gənc Şahmatçılardan Sürpriz Gözləyir

Gənc şahmatçılar Azərbaycan çempionatında sürpriz nəticəyə imza ata bilər.

Bunu "Report"a açıqlamasında əməkdar məşqçi Fikrət Sideifzadə ölkə birinciliyi ilə bağlı danışarkən deyib.

O, son iki ildə Azərbaycan çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib:

"Son iki ildir ki, Azərbaycan çempionatı yüksək səviyyədə təşkil olunur. Maliyyə dəstəyi yaxşı olanda, yarış da maraqlı məcrada keçir. Azərbaycanda nə qədər təcrübəli şahmatçı varsa, demək olar ki, əksəriyyəti turnirdə iştirak edir. Əvvəllər maliyyə məsələlərinə görə güclü şahmatçılar ölkə çempionatında çıxış etmək istəmirdilər. Bu gün isə artıq vəziyyət dəyişib və maliyyə dəstəyi yetərincədir. Artıq gənc şahmatçılar da yetişməkdədir. Onlar üçün Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və digər güclü şahmatçılarla qarşı-qarşıya gəlmək böyük təcrübədir. Bu cür yarışlar tez-tez olsa, gənclərin şahmata marağı daha da artar".

F.Sideifzadə favorit hesab olunan şahmatçılar barədə danışıb:

"Şübhəsiz, favorit Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli kimi şahmatçılardır. Amma hər zaman sensasiyalı nəticələr ölkə çempionatına maraq qatıb. Aydın Süleymanlı və Məhəmməd Muradlı kimi gənc şahmatçılardan sürpriz nəticə gözləmək olar. Baxmayaraq ki, ehtimal azdır, lakin idmanda istənilən nəticə mümkündür. Məsələn, ötən il Rauf Məmmədovun Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovu məğlub edərək çempion olması bir çoxlarını təəccübləndirdi".

Qeyd edək ki, Azərbaycan çempionatına 46 şahmatçı qatılıb. Fevralın 6-da start götürən turnir ayın 22-də başa çatacaq. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparır.

Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Oxşar xəbərlər