Cenevrədə dünya şahmat tacı uğrunda mübarizəyə start verilib.
Hindistanlı Qukeş Dommaraccu ilə özbəkistanlı Javoxir Sindarov arasında keçirilən ilk partiya heç-heçə ilə başa çatıb. Ağ fiqurlarla oynayan Sindarov erkən üstünlük qazanmağa çalışsa da, rəqibinin müdafiəsini yara bilməyib. Tərəflər 38-ci gedişdə heç-heçəyə razılaşıblar.
Dünya çempionluğu uğrunda görüş 14 klassik partiyadan ibarətdir və qalib dekabrın 12-dək müəyyənləşəcək.