top
Cahangir Həsənzadə: Barselona ilə müsabiqə qeyri-real görünə bilər Sport24.az
Bu gün, 11:00
- ↺ +

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

"Real danışsaq, "Barselona" oyunun favoritdir. Kataloniya klubu turnir cədvəlində ön yerlərdədir, heyəti yüksək səviyyəli futbolçulardan qurulub və Çempionlar Liqasında böyük təcrübəyə malikdir". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın sabiq Texniki direktoru Cahangir Həsənzadə bildirib.

Azərbaycan millisinin sabiq qapıçısı "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Barselona" ilə qarşılaşacağı matçla bağlı fikirlərini bölüşüb:

"Sabah" isə 1 qələbə və 3 məğlubiyyətlə aşağı pillələrdə qərarlaşıb və bu səviyyədə ilk mövsümünü yaşayır. Amma futbolda hər şey təkcə adlarla ölçülmür. "Barselona"dan Bakıya təxminən 3 970 kilometrlik uçuş Kataloniya təmsilçisinin avrokubok tarixindəki ən uzun yolçuluğudur və yorğunluq amili rol oynaya bilər. Üstəlik, "Sabah"ın "Sumqayıt"ı 5:1 məğlub edərək qələbəsizlik seriyasına son qoyması komandaya əlavə inam verib. Sürpriz çətindir, amma istisna da etmək olmaz. "Barselona"nın yüksək məhsuldarlıq nümayiş etdirməsini də unutmayaq. Komanda son 10 görüşdə 25-dən çox qol vurulub. Müdafiədə səhvləri minimuma endirsə, sürətli keçidlərdən dəqiq istifadə etsə və rəqib uzun səfərdən sonra konsentrasiyanı bir qədər itirsə, "Sabah" xal qazana bilər. Ancaq açıq danışsaq bu, qeyri-real görünür".

Mütəxəssis Lamin Yamalın Bakıya gəlməməsinin oyuna marağa təsirindən danışıb:

"Lamin Yamalın Bakıya gəlməməsi müəyyən qədər məyusluq yarada bilər. Azarkeşlər onu meydanda görməyi səbirsizliklə gözləyirdilər. Lakin onun gəlməməsi səbəbindən oyuna ümumi marağı kəskin azaldacağını düşünmürəm. "Barselona"nın özü böyük brenddir və Azərbaycan klubuna qarşı ilk rəsmi oyunu tarixi hadisədir. Hansi Flik kimi baş məşqçi, Pedri, Qavi, Rafinya, Joau Kanselu və Pau Kubarsi kimi futbolçular gəliblər.  Fikrimcə, bu gün Bakı Olimpiya stadionun möhtəşəm ab-havanın şahidi olacağıq". 

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı bu gün Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 10:59

Milanın fransalı yarımmüdafiəçisi Rabyo 2030-ə qədər müqaviləni uzatmaq üçün hazır

Futbol
Bu gün, 10:56

Haaland öz soyadının əmtəə nişanı kimi qeydiyyatına qarşı məhkəməyə baş vurub

Futbol
Bu gün, 10:55

UEFA Avropa Liqasında Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən eyni stadionda olacaq

Şahmat
Bu gün, 10:54

Cenevrədə Qukeş–Sindarov matçının ilk partiyası heç-heçə ilə başa çatdı

Futbol
Bu gün, 10:40

Mbappe Real Madridin tarixində 105 qol ilə Ronaldoyu geridə qoydu

Futbol
Bu gün, 10:40

ÇL V turunda PSJ Roma ilə, Şaxtyor isə Fənərbağça ilə qarşılaşır

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Futbol
Bu gün, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Voleybol
Bu gün, 09:38

Turan qadın voleybol komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 09:27

İspaniya mətbuatı Sabah-da oynayan sabiq Barselona yetirmə Sebalyos və Kamaranı araşdırıb

Futbol
Bu gün, 09:23

UEFA Gənclər Liqasında Sabahın U-19 komandası beşinci oyunu oynayacaq

Futbol
Bu gün, 09:22

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video

Futbol
Bu gün, 09:20

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçi cütlükləri

Futbol
Bu gün, 09:10

Kubarsının "Sabah"–"Barselona" matçında oynaması sual altındadır

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Futbol
Bu gün, 09:08

Paulo Dibala: PSJ-yə keçməyə çox yaxın idim, peşmanlığım yoxdur

Futbol
Bu gün, 09:00

Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Oxşar xəbərlər