Hindistanlı qrossmeyster Qukeş Dommaracu ilə Özbəkistan təmsilçisi Cavohir Sindarov şahmat üzrə dünya çempionluğu uğrunda görüşün ilk partiyasında heç-heçə ediblər.
Sportify.az xəbər verir ki, ağ fiqurlarla oynayan Sindarovla Dommaracu arasındakı qarşılaşma 38-ci gedişdən sonra heç-heçə ilə yekunlaşıb. Tərəflər növbəti partiyada noyabrın 25-də üz-üzə gələcəklər.
Dünya çempionluğu uğrunda matç klassik vaxt nəzarəti ilə maksimum 14 partiyadan ibarət olacaq. Qalib olmaq üçün şahmatçılardan biri 7,5 xal toplamalıdır. Hesab bərabər olacağı təqdirdə tay-brek keçiriləcək.
Qeyd edək ki, Qukeş Dommaracu 2024-cü ilin dekabrında qazandığı dünya çempionu titulunu qorumağa çalışır.